Mart çıxdı, dərd çıxdı...
31.03.2023 [10:52]
Hamı yaza mərd çıxdı
Bu gün martın son gününü yaşayırıq. Bu ay baharın gəlişini müjdələməklə yanaşı, Novruz bayramı və tətil günləri ilə də bizi sevindirdi. Bəs günümüzdə tez-tez el məsəli kimi işlədilən “Mart gəldi, dərd gəldi” ifadəsi niyə yaranıb? Bu ayı digərlərindən fərqləndirən nədir? Nə üçün təqvimə qarşı belə diskiriminasiya mövcuddur?
Boz ay bitdi
Bakı Dövlət Universitetinin dosenti, folklorşünas-alim Məhəmməd Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, bu deyim havaların kəskin dəyişilməsi ilə bağlıdır. Martın girməsi əslində, Boz ayın dövrünə təsadüf edir. Boz ay qışdan yaza keçid dövrüdür: “Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. Böyük çillə, Kiçik çillə və Boz ay. Böyük çillə qışın gəlişini bildirir, dekabrın 22-i girir, 40 gün davam edir. Fevralın 1-i Kiçik çillə başlayır, 20 gün davam edir. Boz ay isə qış fəslinin sonuncu ayıdır. Xalq deyimlərinə görə, bu çillə yerini heç cür Boz aya vermək istəmir. Bildiyiniz kimi, Boz ay da havalar tez-tez dəyişir, səma bozarır. Belə bir deyim var, boz ay bozara-bozara keçər”.
Hər ayın ömründən özünə pay biçən ay...
Xalq etimalogiyasına görə, Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir.
Folklorşünas deyir ki, martda müxtəlif ayların iqlim şəraiti özünü göstərir. Sən demə, ona görə də martın bir günü mülayim, bir günü yağışlı, bir günü isə küləkli keçir. Ən nəhayət, xalq arasında “Mart çıxdı, dərd çıxdı. Hamı yaza mərd çıxdı” deyimi belə yaranır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

