Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
04.04.2023 [11:22]
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir:
"Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən hər il 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur.
2023-cü il üzrə “Minatəmizləmə prosesi gözləyə bilməz” kampaniyası çərçivəsində keçirilən bu günün əsas məqsədi minalarla çirklənməyə məruz qalmış ərazilərə diqqət çəkməkdir.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası 30 ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməmiş, insanların həyat və sağlamlığına zərər vermək, məqsədilə həmin əraziləri kütləvi şəkildə minalamışdır.
2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də mina terrorunun qurbanı olmuşdur.
Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.
Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaş mina və digər partlayıcı sursatların qurbanına çevrilmişdir ki, onlardan 51 nəfəri həlak olmuş, 238 nəfər xəsarət almışdır. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər mina partlayışından həlak olmuş və ya xəsarət almışdır.
Çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə ciddi maneə yaradır.
Uzun illərdir ki, Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış keçmiş məcburi köçkünlərimizin təhlükəsiz qayıdışının təmin olunması üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir.
Dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan məqsədli şəkildə minaladığı ərazilərin dəqiq xəritələrini hələ də ölkəmizə təqdim etməmişdir.
Ermənistan işğaldan azad edilmiş ərazilərimizi minalamaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini, xüsusilə də Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və I Əlavə Protokolunun tələblərini pozmuş və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirmişdir.
Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır.
Bununla əlaqədar insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına ünvanlandığımız bəyanat və müraciətlərdə, habelə xüsusi hesabatımızda işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı faktlar təqdim olunaraq, onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsi tələb edilmişdir.
Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək narahatlıq ifadə etməməsi və bununla bağlı təsirli tədbirlər görməyə maraq göstərməməsi təəssüf hissi doğurur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə müraciət edərək mövcud problemin aradan qaldırılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə və minatəmizləmə prosesinə dəstək verməyə çağırıram".
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

