Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təbiətə 68 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb

Təbiətə 68 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb

23.05.2023 [16:34]

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Quba və Sabirabad rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, araşdırmalar zamanı qeyd olunan rayonların ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 533 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30