Etibarlı tərəfdaş
25.05.2023 [11:34]
Prezident cənab İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri öz zəngin proqramı ilə yadda qaldı. Azərbaycan və Litva strateji tərfdaş ölkələrdir. İki ölkə arasında müxtəlif sahələri əhatə edən çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Səfər zamanı imzalanmış əməkdaşlıq sənədləri də həmçinin ölkələrimiz arasında olan yüksək səviyyəli dialoqdan xəbər verir.
Prezident cənab İlham Əliyev Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında öncə Azərbaycan həqiqətlərinə diqqət çəkdi. Ölkə başçısı Azərbaycanın uzun illər Ermənistanın işğalı ilə üzləşdiyini xatırladaraq işğalın acı fəsadlarından danışdı. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, ərazilərimizin təxminən 20 faizi işğal olunmuşdu. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Bəyanatında sülh danışıqlarına toxunan Prezident cənab İlham Əliyev bildirdi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır və Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir.
Mətbuata bəyanatında ölkə başçısı Azərbaycan və Litva arasında gələcək əməkdaşlıq istiqamətindən bəhs edrkən qeyd etdi ki, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Dünyada hökm sürən yeni geosiyasi reallıq da bunu diktə edir.
Litvaya rəsmi səfəri zamanı Prezident cənab İlham Əliyev Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışında isə ölkələrimizin iqtisadi sahədəki yüksək səviyyəli əməkdaşlığından, eləcə də gələcək planlardan geniş bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Bura ənənəvi enerji layihələri o cümlədən, bərpaolunan enerji sahəsi daxildir. Məlum olduğu kimi ölkəmizin Xəzər dənizində, Litvanın isə Baltik dənizində çox böyük külək enerjisi potensialı var. Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir.
Ölkə başçısı biznes forumunda onu da xatırlatdı ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumu imzalayıblar. Ölkəmiz Memoranduma əsasən 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycanın Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olmuş, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Həmçinin ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni də ixrac etməyi planlaşdırır. Enerji layihələrindən bəhs edərkən ölkə başçısı onu da qeyd etdi ki, Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

