Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COEST-in ölkəmizə səfəri...

COEST-in ölkəmizə səfəri...

31.05.2023 [10:50]

Avropa İttifaqının nümayəndələri erməni vandalizminin şahidi oldular

Nardar BAYRAMLI

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitliyin təmin olunması, xüsusilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəal təşəbbüslərlə çıxış edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də sayca beşinci görüşü keçirildi. Məqsəd regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.  Eləcə də, təşkilat müxtəlif platformalar çərçivəsində də tərəflərlə əməkdaşlıq edir.

Bu baxımdan, Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu (COEST) Azərbaycana səfəri əhəmiyyət kəsb edir. 29-31 may tarixlərini əhatə edən səfər çərçivəsində təşkilatın nümayəndə heyəti ölkəmizdə bir sıra görüşlər keçirib. Səfərdə iştirak edən 40 nəfərlik nümayəndə heyətinin tərkibinə Aİ-yə üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri daxildir.

Mayın 29-da COEST Qrupu əvvəlcə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində olub. Səfər zamanı nümayəndə heyətinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbər vəzifəli şəxsləri ilə görüşləri keçirilib. COEST nümayəndə heyətinə Ermənistan Respublikası tərəfindən 30 illik işğal dövründə törədilmiş vandalizm aktları, dağıntılar, ümumilikdə işğalın ağır nəticələri, həmçinin Vətən müharibəsindən sonra həyata keçirilən tikinti-quruculuq layihələri və keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı, Tərtərin Talış kəndinə və Laçın şəhərinə qayıdışı barədə təqdimatlar keçirilib. Həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər, onların meyitlərinin qalıqlarının aşkarlanması istiqamətində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən qazıntı və ekshumasiya prosesi barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Ermənistan tərəfindən dağıdılmış Füzulinin Mərdinli kəndindəki məscidin qalıqları, həmçinin Qaraxanbəyli kəndindəki məzarlıqla tanış olublar. Bildirilib ki, işğalçılar Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Füzulidə salamat bina qoymayıblar. Şəhərdəki bütün yaşayış binaları və fərdi evlər, eyni zamanda, şəhər mərkəzində fəaliyyət göstərən redaksiya, teatr binası və digər tikililər yerlə-yeksan edilib. COEST nümayəndə heyəti daha sonra işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər iştirakçıları “Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar. Qeyd olunub ki, törədilmiş vandalizm aktlarına ərazilərdəki tarixi, mədəniyyət və memarlıq nümunələri, mağara və kurqan, türbə və qəbirüstü abidələr də daxildir. Nümayəndə heyəti, həmçinin Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə görüşüb, ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qisminin zərərsizləşdirilməsində iştirak ediblər.

Qeyd edək ki, Aİ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra dövlət qurumlarının yüksək vəzifəli rəsmi şəxsləri ilə də görüşləri keçirilib.

Xüsusilə, Aİ İşçi Qrupunun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm kəsb edir. Bu tipli səfərlər hazırda Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən Ermənistanın özünüifşası deməkdir. Çünki sözügedən ərazilərə səfər edən hər kəs ermənilərin 30 il ərzində ərazilərimizdə hansı vəhşiliklər törətməsinə şahidlik edir.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30