118 yaşlı “Həyat”
07.06.2023 [11:25]
Fikir, düşüncə və mübarizə salnaməsi...
Mətbuat tariximizdə xüsusi yeri, özünəməxsus dəst-xətti ilə seçilən nümunələrindən biri “Həyat” qəzetidir. Həyata çox ziddiyyətli, təlatümlü mürəkkəb dövrdə qədəm basan bu mətbu orqanı jurnalistika tariximizin araşdırmaçıları 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırırlar. Qəzetin təməlini quranlar milli ictimai-siyasi fikrin üç nəhəngi - Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə idi. Qəzetin nəşrini isə azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev maliyyələşdirirdi.
Bütün türk dünyasının mücahidi adlandırılan Əli bəy Hüseynzadə yazırdı ki, “Əkinçi” cəmiyyətin bir gözüdürsə, “Həyat” qəzeti onun ikinci gözüdür. Bu göz hələ işıqlı dünyaya açılmamış, çar hökuməti onu “kor” etmək üçün dəridən-qabıqdan çıxdı. Senzura ən çirkin əməllərinə belə əl atmaqdan çəkinmədi. Amma artıq ox yaydan çıxmışdı. 7 iyun 1905-ci ildə “Həyat” zühur etdi. Gəlişi ilə Azərbaycan ədəbi-mədəni mühitinə nur gətirən bu qəzet tezliklə demokratik milli ruhlu ziyalıların qərargahına çevrildi və sözün əsl mənasında türk ictimai fikrinə və milli kimlik anlayışına yeni bir həyat gətirdi. “Baş məqsədimiz - cəmiyyəti kamillik dövrünə aparan cismani və ruhani inkişafa xidmət etməkdir” - deyə yola çıxan “Həyat”çılar buna nail də oldular.
Qəzet Azərbaycan türkcəsində nəşr olunurdu və nəşrinin ilk sayından sonra “Həyat”ın dili müzakirə obyektinə çevrildi və bu, açıq-aşkar polemikalara gətirib çıxardı. “Həyat” nəşr olunan ilk gündən Azərbaycan ziyalılarının günün aktual mövzularına dair çıxış etdiyi tribunaya çevrildi. Eyni zamanda Bakıda Azərbaycan türkcəsində qəzetin çıxması ermənilərin kəskin reaksiyasına səbəb oldu.
Ermənilər Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu birliyinin nəticəsində real bir qüvvənin formalaşdığını və “Həyat” qəzetinin bu birliyin nəticəsində ortaya çıxdığının fərqində idilər. Buna görə də “Həyat”ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdilər.
“Həyat”ın yaradıcı heyəti “qatı islamın tərəfdarları” kimi günahlandırıldı və antierməni təbliğatı nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edildi. Tarix də göstərdi ki, “Həyat”çıların əsas yaradıcılıq yolu ədəbiyyat, mətbuat və fəlsəfəyə xidmət, həmçinin sosial kredosu azadlıq və milli birlik idi. Bu birliyə kölgə salmaq istəyənlər mənfur istəklərinə çatdılar. 1906-cı il sentyabrın 3-dək “Həyat”ın sadəcə 325 nömrəsini buraxmaq mümkün oldu.
1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adına layiq idi. Bu gün Tarix Muzeyində “Həyat” qəzetinin ilk sayı qorunur.
Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda atlas parça üzərində çap edilmiş “Həyat” qəzetinin ilk sayı və Tağıyevin mətbəəsində açıq qəhvəyi ipək parçası üzərində çap edilmiş 89-cu sayı qorunur.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

