Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / XİN xəbərdarlıq etdi

XİN xəbərdarlıq etdi

07.06.2023 [11:35]

İrana səfər etmək tövsiyə olunmur...

Şahanə XANKİŞİYEVA

44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın regionda yeni siyasi reallıqlar formalaşdırmasına şərait yaratdı. 30 ilə yaxın davam etmiş işğal faktının aradan qaldırılması, ərazi bütövlüyümüzün təmin edilməsi Cənubi Qafqazda qarşıdakı mərhələdə təhlükəsiz və  sabit gələcək vəd edir. Bunun üçün isə başda Ermənistan olmaqla, bütün region dövlətləri sülhə, təhlükəsizliyə, əməkdaşlığa üstünlük verməli, yeni reallıqlarla barışmalıdır.

Təəssüfləndirici haldır ki, Azərbaycanın bu uğurları qonşu İran tərəfindən də qısqanclıqla qarşılanır. Vətən müharibəsindən sonrakı dövrdə rəsmi Tehranın Azərbaycana münasibəti, ölkəmizdə ifşa edilən casus şəbəkələri, törədilən terror hadisələri birmənalı qarşılana bilməz. Qeyri-adekvat ritorikaya üstünlük verən rəsmi Tehran özünü “islam ölkəsi” elan etsə də, Ermənistanı açıq şəkildə dəstəkləyir. Uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarındakı dini-tarixi abidələrə qarşı təhqiredici münasibət göstərən Ermənistan İranın “sevimlisinə” çevrilib. Hətta Ermənistanın ərazi bütövlüyü məsələsini özü üçün “qırmızı xətt” adlandıran rəsmi Tehranın bu mövqeyinin arxasında dayanan səbəblər məlumdur. İran 30 il sonra Qarabağın azad olunmasını həzm edə bilmir, özünün qeyri-qanuni, qaranlıq məqsədləri üçün tranzitə çevirdiyi “yolun” əldən çıxmasına “heyifslənir”. Beləliklə, Azərbaycanın yaratdığı yeni, beynəlxalq hüquqa əsaslanan reallıqlar İranın məqsədlərinə “uymur”.

Bunun nəticəsidir ki, son aylarda ard-arda ölkəmizə qarşı terror təhdidi açıq hal alıb. Bu ilin əvvəlində Tehrandakı səfirliyimizə edilən terror hücumu, millət vəkili Fazil Mustafaya qarşı edilən sui-qəsd bir çox mətləblərdən xəbər verir. Eyni zamanda, ölkəmizdə artıq aylardır ki, həyata keçirilən casus şəbəkələrinin ifşasına yönəlik addımlar İran tərəfindən narahatlıqla qarşılanır - Tehran Azərbaycandakı “minaların” zərərsizləşdirilməsini həzm edə bilmir. İfşa edilən casus şəbəkələrinin üzvləri ölkəmizə qarşı hazırlanan xain planlardan, İranın hətta dövlət orqanlarının bu fəaliyyətdəki rolundan bəhs açırlar. İran isə özünü “təmizə çıxarmaq” üçün yenə də dolayısı yollara əl atır, Azərbaycan vətəndaşlarını fərqli bəhanələrlə “ittiham edir”.

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımızı İrana səfər etməməyə çağırıb. Bildirilib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur. Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. Ancaq tarixə nəzər salsaq, İranın dövlətçilik ənənələrində, mədəni tərəqqi və inkişafında, ölkənin qüdrətlənməsində hər zaman Azərbaycanın və azərbaycanlıların rolu böyük olub.

Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Tural İsmayılov İranın Azərbaycana qarşı düşmənçilik mövqeyinin bir sıra səbəblərdən qaynaqlandığını bildirib. O vurğulayıb ki, Tehran hər zaman Cənubi Azərbaycan faktorundan qorxub: “Məhz bu səbəbdən İran həmin regionda yaşayan azərbaycanlılara qarşı təqib prossesləri, təcavüzkar siyasət həyata keçirib. Bu kimi istismar prosesi, eyni zamanda, soydaşlarımıza qarşı nümayiş etdirilən vəhşiliklər bu gün də davam edir. Bu gün də Cənubi Azərbaycanda yaşayan insanların ən elementar insani hüquqları İran rejimi tərəfindən tanınmır. İran bu kimi addımlarla azərbaycanlıları daim psixoloji təzyiq altında saxlamaq istəyir”.

Politoloq İranın Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli oyanışından ciddi narahatlıq keçirdiyini də vurğulayıb. O bildirib ki, bu səbəbdən də Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərləri rəsmi Tehranda müəyyən narahatlıqlar yaradır. “Tehran hakimiyyəti müstəqil Azərbaycanın adından belə qorxur. Vətəndaşlarımıza qarşı qondarma bəhanələrlə ittihamlar irəli sürməyə çalışan İranın məqsədi bəllidir. Bununla bağlı müəyyən dövrlərdə nümunələr də olub. İrana səfər edən Azərbaycan vətəndaşları haqsız yerə saxlanılıblar, onlara hətta işgəncələr də verilib. Təbii ki, Azərbaycan XİN-i indiki məqamda məhz bu kimi məsələlərlə bağlı vətəndaşlara müraciət edib, İrana getməməyi tövsiyyə edib. Bu tövsiyə isə qeyd etdiyimiz kimi ,haqlı səbəblərdən qaynaqlanır”, - deyə T.İsmayılov əlavə edib.

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30