Dövlətin memarı
08.06.2023 [10:05]
Müstəqillik idealları ülvi hisslərdir. Dünyada hər xalqa bu ali dəyərlərə əbədi nail olmaq nəsib olmur. Azərbaycan xalqı müasir dövrdə ulu öndər Heydər Əliyevin möhtəşəm siyasəti nəticəsində müstəqillik bayrağını yenidən qaldıraraq əbədi istiqlaliyyətə nail oldu.
Ulu Öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ tariximizin sovet dönəmində göstərib. Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin mərkəzinə çevrilib. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi hələ 70-80-ci illərdə təməli qoyulmuş potensiala söykənir. Ulu Öndərin sovetlər birliyi çərçivəsində suveren Azərbaycan idealları iqtisadiyyatın ölkəmizdə güçlənməsi və həyat fəlsəfəsinin günbəgün günişlənməsi, azərbaycanlı maraqlarının qorunması prinsiplərinə dəlalət edirdi.
Ümummilli Liderimizin 1969-1982-ci illərdəki böyük fəaliyyətinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən işlər görmüşdür. Ulu Öndər öz müdrik siyasəti ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Ulu öndər Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı və inkişaf etdirməyi bacarmış dahi liderdir.
Ulu öndər Heydər Əliyev hələ sovetlər birliyi daxilində Azərbaycanın milli maraqlarının qorunması konsepsiyasından çıxış etmiş, hətta SSRİ-nin müəyyən dövrlərində Azərbaycanlı tələbələrin sovet məkanında bütün şəhərlərin ali məktəblərində oxuyub təhsil almasını təşkil və təşviq etmişdir. Məhz bunun nəticəsi idi ki, xalqımızın vətənpərvər mütəxəsisləri məhz ulu Öndərin fəaliyyəti ilə təmərküzləşib inkişaf tapdı. Ulu öndərimiz Heydər Əliyev xalqımızın rifahı naminə böyük sosial obyektlərin Azərbaycanda inşasının tərəfdarı olaraq çalışaraq bu istiqamətdə geniş layihələrin uğuruna nail olurdu. Xalqımızın Azərbaycançılıq idealları və bu idealların ülvi prinsipləri ulu Öndərin dərin zəhməti ilə ərsəyə gəlmiş və möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyev müasir müstəqilliyimizin qarantı olmaqla bərabər həm də erməni separatizminin aradan qaldırılması yolunda yeni yanaşmanın ideya əsaslarını qoydu. Bu ideya tolerantlq, ərazi bütövülüyümüzə sonsuz istək, güclü diaspor siyasətini qurmaq, enerji layihələrini gücləndirmək, ideoloji balansı qorumaq kimi dahi prinsiplərə əsaslanırdı. Bu yolda gənclərin gücü daha zəruri və lazımlı idi. Hələ sovetlər birliyində gənc kadrları yüksək vəzifələrə təyin edən Ulu Öndər müstəqil Azərbaycanda gənclər siyasətini dövlətin əsas prioritetinə, insan kapitalının mühüm bazisinə çevrildiyini elan etdi.
Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və qətiyyətlə deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə o, ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ümummilli Lider həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Azərbaycan üçün onun gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün də müstəqillik idealları ilə önümüzdədir. O, fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı və yaşatdı.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndər Heydər Əliyev ürəklərdə özünə əbnədi irs ucaldıb. Onun parlaq ideyaları uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaqdır, çünki Ulu Öndərin ideyaları müstəqilliyimizin əbədi qarantıdır. Heydər Əliyev irsi daim xalqımızın müstəqillik yolunu işıqlandıracaqdır. Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar Azərbaycanın həqiqətləridir. Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanmış və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrilmiş ulu öndər Heydər Əliyevin neft strategiyası böyük uğurla həyata keçirilərək ölkəmizi dünyada müstəqillik idealları ilə tanıtmış oldu.
Hələ Sovet dönəmində, 60-cı illərin sonunda Ümummilli Liderimiz dövlət təhlükəsizlik orqanlarının rəhbərliyindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə geridə qalmış Azərbaycanın iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında əmələ gələn dirçəliş, milli-mənəvi dəyərlərimizə, dilimizə, gənclərin tərbiyə və təhsilinə verilən önəm, onların ölkədən kənar ali təhsil ocaqlarına, eyni zamanda ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirilməsi üçün göndərilməsi və ayrı-ayrı iri sənaye müəssisələrinin yaradılması, onun dərin zəkası, yüksək işgüzarlığı və gərgin əməyinin məhsulu olmuşdur.
Ulu Öndər bizim üçün cicəklənən Azərbaycan, bütün dünyanın nəzər diqqətinin yönəldiyi müstəqil milli dövlət və öz sözünü istənilən səviyyədə deyə bilən İlham Əliyev kimi dövlət başçısı yetişdirmişdir. Bu, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Ulu Öndərin ölkəmiz, xalqımız üçün gördüyü işləri, Azərbaycanı və millətimizi dünyada tanıtdırmasını yüksək qiymətləndirən xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Ulu Öndərin qoyduğu siyasi, iqtisadi, beynəlxalq xəttin daha yüksək səviyyədə həyata keçirilməsində ona yardımçı olur və olacaqdır.
Ulu Öndərimizin gördüyü müstəqillik ideallarına baglı işləri və onların əhəmiyyətini bir yazıda əhatə etmək qeyri mümkündür. Azərbaycan var olduqca, yaşadıqca Heydər Əliyev fenomeni xalqımızın milli qüruru və müstəqillik iftixarı olaraq əbədi yaşayacaqdır.
Hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə, konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu emprik dəyərləndirmə mənsub olduğu xalqın təıninatlı gələcəyi baxımından hətta zamandan istifadə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin misilsiz xidmətlərini ön plana çəkir.
Hakimiyyətə gəldiyi ilk gündən respublikada nizam-intizam tərəfdarı olmuş, qanunçuluğun möhkəmləndirilməsi və onun aliliyinin təmin edilməsi istiqamətində əzmlə çalışan Ulu Öndər Azərbaycanın tarixində yeni səhifə açdı. Onun yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, anaları oğulsuz qalmaqdan, gəncləri həyatını itirməkdən, hakimiyyəti zorla devrilmək tendensiyasından, cəmiyyəti xaos və anarxiyadan xilas etdi. Ümummilli Lider öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik püluralist inkişaf modelini müdrikliklə irəli sürdü.
XXI əsrin başlanğıcında Azərbaycanm müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz Ümummilli Lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ümummilli Lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Ümummilli Lider xarici siyasətdə yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Azərbaycana ikili standartlardan yanaşmalara qarşı qətiyyətli mübarizə aparan ulu öndər Heydər Əliyev aparıcı dünya dövlətlərini Respublikamızın tarazlı və müstəqil siyasət yürüdəcəyinə, müstəqillik, suverenlik, demokratiya ideallarına möhkəm baglılığını inandıra bilmişdir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqavisi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Son 29 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu kontrakt, eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir. Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”- deyən cənab İlham Əliyev həqiqətən də son 20 ildə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Bu gün cənab İlham Əliyevin uğurlu, gərgin fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi üçün dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq yeni və daha yüksək mərhələyə çatmış, ərazilərimiz işğaldan azad edilmiş, suverenliyimiz bərqərar olub möhkəmlənmişdir. Bu ideya prinsipin təməlində Ulu Öndərimizin böyük işiqlı yolu dayanır. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 26 noyabr 2022-ci il tarixli Sərəncamı ilə ümummilli liderimizin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, onun zəngin, işıqlı irsinin təbliği qərara alınmışdır. Yubiley ərəfəsində ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir. Xalqımız dövlətçilik və milli birliyin qorunmasının, milli kimliyin təhlilinin yeni tarixi mərhələsinə qədəm qoyur. Ölkə başçısı Cənab İlham Əliyev həyata keçirdiyi siyasət platformalarında, bütün tədbirlərin preambulasını məhz müstəqilliyimizin möhkəmlənməsi, Qarabagda böyük quruculuq, məcburi köçkünlərin doğma torpaqlara qaytarılması və nəticədə regionda sülhün bərqərar edilməsi prinsipləri təşkil edir. Ulu Öndər tərəfindən əsası qoyulan müstəqilliyimizin əbədi və dönməz xarakteri bu gün xalqımızın yoluna daha aydın və nurlu işıq saçır.
Aynur Sofiyeva,
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini,
YAP İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36

Sosial
25 Sentyabr 11:34

Xəbər lenti
25 Sentyabr 11:24

Xəbər lenti
25 Sentyabr 11:13

Xəbər lenti
25 Sentyabr 11:10

Xəbər lenti
25 Sentyabr 11:09

Xəbər lenti
25 Sentyabr 10:55

Dünya
25 Sentyabr 10:43

Xəbər lenti
25 Sentyabr 10:40

Xəbər lenti
25 Sentyabr 10:31

Xəbər lenti
25 Sentyabr 10:26

Siyasət
25 Sentyabr 10:01

İqtisadiyyat
25 Sentyabr 09:40

Dünya
25 Sentyabr 09:38

Xəbər lenti
24 Sentyabr 21:21

Xəbər lenti
24 Sentyabr 19:14

Xəbər lenti
24 Sentyabr 16:59

Xəbər lenti
24 Sentyabr 16:11

Xəbər lenti
24 Sentyabr 15:14

Xəbər lenti
24 Sentyabr 14:58

Xəbər lenti
24 Sentyabr 14:47

Xəbər lenti
24 Sentyabr 14:26

Xəbər lenti
24 Sentyabr 14:06

Xəbər lenti
24 Sentyabr 13:39

Xəbər lenti
24 Sentyabr 12:44

Xəbər lenti
24 Sentyabr 12:20

Xəbər lenti
24 Sentyabr 11:53

İdman
24 Sentyabr 11:40

Xəbər lenti
24 Sentyabr 10:16

Xəbər lenti
24 Sentyabr 10:14

Xəbər lenti
24 Sentyabr 10:02

Xəbər lenti
23 Sentyabr 22:28
