Tatarıstan rəhbərinə Şərqi Zəngəzur iqtisadi rayonunda görülən işlər barədə məlumat verilib
17.06.2023 [12:52]
İyunun 17-də Azərbaycan Respublikasına səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlər barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülmüş işlər barədə təqdimatla çıxış edib.
Tatarıstanın Rəisinə əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı barədə məlumat verilib. Bildirilib ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılışı olub. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Müasir tələblərə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərə bilər.
Qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ümumi ərazisi 2580 kvadratkilometrdir. Bu rayonlardan olan keçmiş məcburi köçkünlərin sayı 152 min 200 nəfərdir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Hazırda 86 ailədən ibarət 420 nəfər Zəngilanın Ağalı kəndinə qayıdıb və orada yaşayır. Ümumilikdə 2022-2026-cı illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayon mərkəzlərinin, 5 qəsəbənin, 24 kəndin tikintisi və Böyük Qayıdışın birinci mərhələsində 41 min 277 nəfərin köçürülməsi planlaşdırılır.
Qeyd olunub ki, ərazilərin minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. İndiyədək Qubadlı rayonunda 80 min hektar (4,5 faiz), Cəbrayıl rayonunda 105 min hektar (18,3 faiz), Zəngilan rayonunda isə 73 min hektar (9,8 faiz) ərazi minalardan təmizlənib. Bu rayonlarda müvafiq olaraq 3278, 14 min 803 və 2487 mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonunda ümumi uzunluğu 323 kilometr olan 5 avtomobil yolu, 111,4 kilometr uzunluğunda dəmir yolu inşa olunur. Bundan başqa, burada 4 yarımstansiya, ümumi gücü 42,6 MVt olan 5 Kiçik Su Elektrik Stansiyası, 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası yaradılır.
Tatarıstanın Rəisi Rüstəm Minnixanova “Araz Vadisi İqtisadi zonası” Sənaye Parkında görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, 200 hektar ərazini əhatə edən Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51

