Ümumdünya Qaçqınlar Günü...
20.06.2023 [10:55]
Bu günün təsis edilməsi problemin diqqətdə saxlanılmasına xidmət edir
Yeganə BAYRAMOVA
Artıq 23 ildir ki, iyunun 20-si Ümumdünya Qaçqınlar günü kimi qeyd olunur. Belə ki, BMT-nin Baş Məclisi 2000-ci ildə bununla bağlı xüsusi qətnamə qəbul edib. Şübhəsiz, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.
Təəssüf ki, qaçqınlıq Azərbaycan xalqının taleyindən də yan keçməyib. Ötən əsrin son on illiyində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ağır nəticələrə yol açıb - torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyona yaxın vətəndaşımız isə qaçqınlıq yaşamalı olub. Erməni təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevrildi. Bundan cəmisi bir neçə il qabaq isə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlı öz dogma yurd-yuvalarından didərgin salındı. Həmin insanlar yalnız azərbaycanlı olduqları üçün Ermənistandakı tarixi torpaqlarından qovuldular. 1990-cı ildə Orta Asiyadan 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapdı.
Dövlətimiz öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman diqqət mərkəzində saxladı. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti müəyyənləşdirildi. 2003-cü ildən isə bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildi. Amma hər zaman atılan addımların, görülən tədbirlərin sonunda işlədilən fikir unudulmadı - Biz Qarabağda görüşəcəyik. 2020-ci ilin Vətən müharibəsi bu arzumuzu reallığa çevirdi. 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdi. Bu, respublikamız üçün yeni və mühüm mərhələ formalaşdırdı. Bu çağırışların ən prioriteti isə keçmiş qaçqın və məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıtmasıdır. Sevindirici haldır ki, Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan “Böyük Qayıdış” hədəfinə doğru inamla irəliləməkdədir. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Erməni işğalı dövründə illər boyu tikib qurduqları mülklərini itirən insanlar qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı yetişib...
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

