Qərbi Azərbaycan mövzusu ilə bağlı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub
20.06.2023 [13:04]
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunmuşdur.
Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, Italiya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır. Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.
Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.
Yazılı bəyannamənin tam mətni aşağıdakı kimidir:
Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalətin təmin edilməsi
Biz, bu sənədi imzalayanlar olaraq, etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların məruz qaldığı haqsızlıqlardan dərin narahatlıq hissi keçirərək,
Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət orqanları tərəfindən sistemli şəkildə həyata keçirildiyini nəzərə alaraq,
Azərbaycan mədəni irsinin Ermənistanda sistemli şəkildə məhv edilməsindən dərin narahatlığı ifadə edərək və bu ölkəyə faktaraşdırıcı missiya göndərməsi istiqamətində YUNESKO-ya çağırışları xatırladaraq;
Geri qayıtmaq hüququnun Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edildiyini vurğulayaraq,
1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasını (İcma) öz doğma torpaqlarından qovulmuş azərbaycanlıları təmsil edən birləşdirici səs kimi tanıyaraq,
İcmanın Ermənistana dialoq təklifini alqışlayaraq,
İcmanın dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləməsini təqdir edərək,
İcmanın öz evlərinə qayıtdıqdan sonra ermənilərlə dinc yanaşı yaşamaq istəyini də yüksək qiymətləndirərək,
Biz,
Avropa Şurasını Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq,
Avropa Şurası Parlament Assambleyasının məruzəçilərini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırırıq,
İcmanın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış edirik”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

