Ankarada TDKT-nın təsis konfransı keçirilib
29.06.2023 [12:50]
Ankarada Türk Dövlətləri Qadın Birliyi Təşkilatının (TDKT) təsis konfransı keçirilib. Konfransa Türk dövlətlərindən olan nümayəndələr, o cümlədənTürkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tatarıstan və başqa türk dövlətlərinin təmsilçiləri qatılıblar. Konfransda öncə bir dəqiqəlik sükutla türk dünyası şəhidlərinin xatirəsi yad edilib, Türkiyənin İstiqlal marşı səsləndirilib.
Ziraat yüksek mühəndisi Sibel Güneginin moderatorluğu ilə keçirilən konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tatarıstandan müxtəlif sahələrdə çalışan fəal xanımlar qatılıblar. Qurumun baş katibi, Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova tədbir iştirakçılarını salamlayaraq TDKT-nın yaranmasını şərtləndirən amillərdən, məqsədlər və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Təsis konfransının təşkilinə verdikləri dəstəyə görə TDKT-nin Türkiyə, Azərbaycan və KKTC təmsilçilərinə minnətdarlıq ifadə olunub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, türkoloq professor Sevinc Əliyeva, Əməkdar jurnalist Mətanət Ağamirli, “Artmood Agency”-nin təsisçisi Xəyalə Mütəllimova, Türkiyə Cümhuriyyəti 25/26/27-ci dönəm İstanbul millət vəkili Arzu Erdem, Türkiye Toxuculuq Atlas Layihəsi Koordinatoru Ayşə Dizman və onlarla tanınmış simalar iştirak ediblər. Müxtəlif ölkələri təmsil edən elm xadimləri, QHT rəhbərləri, iş adamları, türk dünyası araşdırmaçıları, media nümayəndələri çıxış edərək TDKT-nın yaranmasının türk dünyası, türk milləti üçün önəmindən, əhəmiyyətindən geniş bəhs ediblər. Bildirilib ki, təşkilatın müəyyən olunmuş yol xəritəsi ilə birgə addımlamaqla Türk dünyası qadınları arasında birliyin, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafını hədəfləyən TDKT üçün Türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılması, tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, bütün istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsi prioritetlərdir. Bundan başqa tərəflər arasında təmasların təşviqi, qarşılıqlı hüquqi yardımın göstərilməsi və hüquqi münasibətlərin müxtəlif sahələrində əməkdaşlıq üzrə məsələlərin müzakirəsinin həyata keçirilməsi təşkilatın əsas fəaliyyət programıdır.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

