Şərqdə ilk opera yazan qadın, övlad dərdi çəkən ana
26.07.2023 [14:38]
Bu gün bəstəkar Şəfiqə Axundovanın anım günüdür. Onu yad etməsək, ruhuna, yaradıcılığına, mirasına, yaşatdığı duyğuya böyük günah olardı.
O, 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub, dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə isə Dövlət Konservatoriyasını bitirib.
Sənətkarın xatirəsindən bir parça: “Üzeyir bəy mənə ilk dəfə qulaq asdıqdan sonra dedi: “Bu qızın çalğısında yaradıcılıq hiss olunur. Amma mütləq musiqi savadı almalıdır”. Təsəvvür edin ki, 17 yaşım var idi. Amma bircə not da bilmirdim. Kim idi məni bu yaşımda musiqi məktəbinə götürən. Məhz Üzeyir Hacıbəyovun - o böyük insanın qayğısı mənə bu yolda kömək oldu. Onun məsləhəti ilə əvvəlcə Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın sinfində musiqi nəzəriyyəsi ilə tanış oldum. Yadımdadır, imtahan zamanı Qara Qarayev çox ciddi tərzdə dedi: “Bu qız əsl bəstəkar olacaq”. Şəfiqə xanım tələbəlik illərindən onun üçün çox əziz olan bir hədiyyəni səliqə ilə saxlayırdı. Bu, sevimli müəllimi Ü.Hacıbəyovun “Cəngi” not dəftəri idi. Onun titul vərəqində bəstəkar öz xətti ilə yazmışdı: “Gənc bəstəkar, istedadlı tələbə Şəfiqəyə bir xatirədir. Ü.Hacıbəyov”.
1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla, Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulması Şəfiqə Axundovanın yaradıcılığında əlamətdar hadisə oldu. Bu opera neçə illərdir ki, teatrın repertuarındadır. Opera tam şəkildə vala da yazılmışdı. Bu hadisəni bəstəkar özü üçün səadət adlandırırdı.
Bəstəkar 1998-ci ildə Xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. 500-dən artıq mahnının müəllifi olan bəstəkarın ürəyi ömrünün ixtiyar çağında da xalqının sevinci və kədəri ilə birgə döyünür, onu daha maraqlı əsərlər yaratmağa ruhlandırırdı.
Şərqdə ilk operanı yazan qadının taleyi acılı olub.
Çox gənc yaşlarında ailə həyatı quran Şəfiqə xanımın evliliyi uzunömürlü olmadı. Həyat yoldaşı sənətinə mane olurdu. Aralarında tez-tez narazılıqlar yaranan bəstəkar çarəni yeganə oğlu Taleh Hacıyev ilə birlikdə getməkdə gördü.
Onlar ayrılanda Taleh hələ kiçik idi. Buna baxmayaraq, sevgi ilə əhatələnmişdi. Yaxınları bundan xəbər tutmasalar da onun musiqiyə çox böyük həvəsi vardı. 18-20 yaşlarında yazdığı “Belə qəmli dayanma” mahnısı”, “Həyat sən nə şirinsən” mahnıları ilə istedadı üzə çıxdı. Anası tərəfindən yazılan ilk operanın konsertmeysteri də elə özü idi. “Tale danışanda insan susar”, deyiblər. Talehin bəstələri dilə gələndə hamı susdu və onu dinlədi. Günlərin bir günü səssizləşdi, içinə qapandı. Gənc yaşında ruhi xəstəliyə düçar oldu. Oğlunun bu halını gördükcə hər gün sarsılan Şəfiqə xanım çətin günlər yaşadı. Taleh ömrünü 2008-ci ildə Maştağada yerləşən ruhi əsəb xəstəxanasında başa vurdu. Ölümü 40 gün anasından gizli saxlanıldı.
Bəstəkarın artıq yeganə ümidi, bircə balası yox idi. “Talehdən çox nigaranam. Mən dünyada olmayanda nə edəcək, necə yaşayacaq? Axı, uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada” deyirdi. “Arzu”suna çatdı.
Beşcə il Talehsiz yaşaya bildi. 2013-cü il iyulda 26-da səssiz-səmirsiz gözlərini yumdu. Tale onu oğluna qovuşdurdu. 90 illiyini xalqı ilə birgə keçirtmək istəyirdi, amma oğluyla “keçirmək” qismət oldu.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

