QAİ: Ermənistanın saxta rəvayətlərinin AŞ-nın bəyanatında öz əksini tapması təəssüf doğurur
29.07.2023 [13:13]
"Avropa Şurasının Baş Katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 2023-cü il 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının (AŞ) Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirir".
Bu barədə İcmanın bəyanatında qeyd edilib.
Bildirilib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyyatdır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağbölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Azərbaycanın Qarabağ bölgəsində 10 minlik hərbi kontingenti üçün hər vəchlə təchizat yolu axtaran Ermənistan bu mənfur cəhdləri iləAzərbaycanı şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində suverenliyini zəiflətməyə və orada separatizm meyllərini gücləndirməyə çalışır.
Bu baxımdan, Ermənistanın “humanitar böhran” barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təəssüf doğurur.
Ermənistanın etnik təmizləməsindən əziyyət çəkən yüz minlərlə azərbaycanlını özündə birləşdirən Qərbi Azərbaycan İcması 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablarına məhəl qoymayan Avropa Şurasının ikili standartlarını və riyakarlığını sərt şəkildə qınayır. Xatırladaq ki, Ermənistan kütləvi qovulma və etnik təmizləmə qurbanı olan Qərbi azərbaycanlılarıhələ də öz ata-baba yurdlarına qayıtmaq hüququnu rədd edir.
Özünü “insan haqlarının qoruyucusu” adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlıların hüquqlarına biganəliyi fonunda, sözügedən saxta “humanitar böhrana” dərhal diqqət yetirməsi onun qərəzliliyini ortaya qoyur. Bu, Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.
Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir.
"Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdiridiyi qərəz və ayrı-seçkiliyinə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırırıq", - bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

