Dövlət, yoxsa özəl bağça?
29.07.2023 [13:10]
Yeganə BAYRAMOVA
Əvvəllər bağçalara qəbul prosesi kortəbii şəkildə aparılırdı. Bağça müdirləri tərəfindən korrupsiya və ya tanışlıq amilləri nəzərə alınırdı. Ancaq hazırda Elm və Təhsil Nazirliyi tərəfindən şəffaf bir sistem yaradılıb, yeni məktəbəqədər təhsil sistemi var. Valideynlər elektron qaydada qeydiyyatdan keçərək sorğu göndərə bilirlər. Təbii ki, boş yer olduqda onların sorğusu qəbul edilir. Sorğu qəbul edildikdən sonra lazımi sənədlər bağçaya təhvil verilir”.
Bu barədə Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
E.Əfəndi, həmçinin dövlət və özəl bağçaların özəlliklərindən də söz açıb: “Özəl bağçalarda rus və ingilis dili bölmələri tətbiq olunduğu halda, dövlət bağçalarında daha çox Azərbaycan dilinə üstünlük verilir. Özəl bağçalardakı ən böyük problem müəllimlərin bəzən qeyri-ixtisas sahibi olmalarıdır. Digər tərəfdən özəl bağçaların tikilmə üslubu, rəngarəngliyi, dizaynı dövlət bağçalarına nisbətən insanları daha çox cəlb edir. Görüntüyə önəm verdiyi üçün insanlar daha çox özəl bağçalara can atırlar. Dövlət bağçaları isə adətən standartlar üzərində tikilir. Dövlət və özəl bağçalar arasındakı ən böyük fərq lisenziyanın olub-olmamasıdır. Valideyn bağça seçərkən bununla maraqlanmır. Lisenziyasız bağçalarda dövlət standartına uyğun olmayan quruluş və təhsilə üstünlük vermə halları müşayiət olunur. Müxtəlif proqramlarla işləyən bağçalar da var ki, həmin proqramlar üçün lisenziya alınmalıdır. Bundan əlavə, paytaxt ərazisindəki bir çox bağçalarda kameralar quraşdırılsa da, valideynlərə onları izləmə imkanı verilmir. Lakin özəl bağçalarda valideynlər övladlarını kamera vasitəsilə daim izləyə bilirlər”.
Ekspert qeyd edib ki, Azərbaycanın bir sıra rayonlarında da inşa edilən uşaq bağçaları var ki, onların fəaliyyəti dövlət standartlarına uyğun təşkil olunub: “Burada uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə olunması vacib məqamlardan biridir. Bütün hallarda harda yerləşməsindən, dövlət və ya özəl olmasından asılı olmayaraq, uşaqların orta məktəbə hazırlanması, təlim və tədris məsələsinə xüsusi diqqət ayrılmalıdır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

