Texnologiyasız yaşamaq olar?
03.08.2023 [12:00]
Elmina
Bəzən elə düşünürük ki, inkişafı ilə gündəlik həyatımızı “bəzəyən” texnologiyasız yaşamaq mümkün deyil. Bunun səbəbi isə həyatımızı asanlaşdırmaq üçün istifadə etdiyimiz vasitələrin texnologiya ilə birbaşa əlaqəli olmasıdır. Amma insanların texnologiyasız əldə etdiklərinə nəzər yetirdiyimiz zaman belə qənaətə gəlirik ki, texlonogiyasız həyatda daha çox ixtiralar əldə edilib. O cümlədən insanlar arasında ünsiyyət yüksək səviyyədə idi. İnsanlar yeni insanlarla tanış olmaq, yeni məlumatlar öyrənmək üçün can atırdılar və həmin dövrlərdə insanlar xoşbəxt yaşayırdılar. Bu gün isə hər yerdə texnologiyanın mövcudluğunu görürük və duyuruq, hətta bir müddət həmin texnoloji avandanlıq xarab olanda nə edəcəyimizi bilmirik və “darıxdığımızı” dilə gətiririk. Elə bu sahənin mütəxəssisləri də bu “problemlərin” bəşəriyyət üçün daha qlobal problemə çevrilməməsi məqsədilə araşdırmalar aparırlar. Texnologiyadan asılılığın qarşısını almağın yollarını öyrənirlər.
Yaxın günlərdə UNESCO-nun mütəxəssisləri “Təhsildə texnologiyadan necə istifadə olunmalıdır?” araşdırmasının nəticəsini açıqlayıb. Texnologiyanın təhsilə olan həm xeyrindən həmdə ziyanından bəhs edilib. Təşkilat ölkələrə təhsildə texnologiyadan istifadə edərkən məhdudiyyət qoyulmasını məsləhət edib.
UNESCO-nun Baş direktoru Odri Azulay bu barədə bildirib ki, rəqamsal inqilab indiki dövr üçün böyük əhəmiyyət kəsb edir, lakin bildiyiniz kimi cəmiyyətdə onun istifadə edilməsi baradə xəbərdarlıqlar edildiyi kimi, məhz buna görə təhsildə istifadəsi zamanıda qeydə alınmalıdır. Onun fikrincə, texnologiyadan istifadə şagirdlərə və müəllimlərə ziyan verməməlidir, əksinə onları maarifləndirməlidir: “İlk növbədə, şagirdlərin ehtiyacları qarşılanmalı, müəllimlər isə dəstək görməlidir. Onlayn əlaqələr insanların qarşılıqlı əlaqəsi kimi effektiv ola bilməz.”
Qeyd edək ki, 2023-cü il Qlobal Təhsil Monitorinqi Uruqvayın Montevideo şəhərində “Təhsildə texnologiya kimin şərtlərinə uyğun vasitədir?” adlı təqdimat keçirilib. Bu təqdimat müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə həyata keçirilib və burada texnologiyanın təhsildə istifadəsi məsələsi üzərində müzakirə aparılıb. İlk öncə qeyd olunub ki, texnologiyadan istifadə fənlərin öyrənilməsinə və inkişafına müsbət təsir göstərə biləcəyini dəfələrlə vurğuluyan mütəxəsislər, eyni zamanda, bu resusrlardan həddən artıq istifadənin isə neqativ nəticələrə yol açdığını sübut ediblər. Məsələn, hər hansı fənn üzrə məlumat almaq üçün axtarış sisteminə daxil olarkən reflektiv olaraq yan pəncərələrə diqqət yönəlir və axtarılmalı olan mövzu isə ikinci plana atılır. Bu hallar əsasən şagirdlər və tələbələr arasında çox müşahidə olunur. Şagirdlərin smartfondan istifadə etməsi onların fikirlərini yayındırır və buna görə də məktəblərdə smartfo?ların istifadəsinə icazə verilmir.
Təhsildə texnologiyadan istifadə edərkən etdiyimiz səhvləri unutmamalıyıq ki, bir daha bu səhvlərə yol verməyək. Gənclər texnologiyadan elə istifadə etməlidirlər ki onlara sadəcə, lazım olan məlumatları qavramalıdırlar. Onlar həm texlonogiya ilə həm də texlonogiyasız necə yaşamalı olduqlarını bilməlidirlər. Məlumatları sadəcə, sosial şəbəkələrdən deyil kitablardan, insanlarla əlaqə quraraq ala biləcəklərini bilməlidirlər. Onuda qeyd ediblər ki, texlonogiyadan düzgün istifadə artırılmalıdır ancaq bu, insanların bir-biri ilə əlaqəli olmasından daha effektiv ola bilməz.
Həmçinin təqdimatda onlayn dərslər və bunun qeyri-bərabər olması haqqında da danışılıb. Məsafə uzaqlığına və hər hansısa bir problemə görə dərsə daxil ola bilməyənlər üçün onlayn dərslər nəzərdə tutulur ki, bu, demək olar ki çox ölkədə yaxşı inkişaf etməyib. Onlayn dərslərin əsasən Avropada və Şimali Amerikada daha çox inkişaf etdiyi bildirilsə də, ötən illərdə yaşadığımız pandemiya səbəbi ilə ölkəmizdə də bu sahə inkişaf etmişdir. Təbii ki, bir sıra çatışmazlıqlara baxmayaraq, təhsil üzrə, eləcə də bəzi fəalliyət sahələrinə onlayn tədris, onlayn iş formaları tətbiq edilmişdi.
Xəbər lenti
Hamısına baxDünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00

