Monblan zirvəsindən başlanan yol
08.08.2023 [11:50]
Yeganə
Əzəmətli sıra dağlar. Uca qayalar. Göz qamaşdıran buzlaqlar. Hər tərəf ağappaq... Ətrafdakı sükutu hərdən bir qar uçqununun qopardığı gurultu pozur. Bütün bunlar qeyri-adidir. Ancaq bu sirli aləm insanları özünə cəlb edib. Bu günə qədər çox sayda insan qarlı zirvələri fəth etməyə səy göstərib, ancaq uğursuzluğa düçar olanlar da az olmayıb.
1786-cı il avqustun 8-də iki nəfər isveçrəli- həkim Mişel Qabriel Pakkard və dağ bələdçisi Jak Balm Alp dağlarındakı Monblan zirvəsinə qalxıb. Məhz bu tarix dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü kimi qeyd olunur. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başladılar. Bir çoxları alpinizmi idman adlandırmaq istəmir, ancaq burada fiziki cəhətdən güclü və səbirli idmançılar toplaşırlar. Yalnız cəsur, dözümlü və igid adamlar sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən bağlanmış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilər.
Bu gün Alpinizm dağlarda gəzmək və düşərgə qurmaqla bərabər texniki vəsaitlərdən istifadə edərək dırmanma idmanını da əhatə edən bir təbiət idman növünə çevrilib. 18-19-cu əsrlərdə Avropalı varlı təbəqənin boş vaxtlarını qiymətləndirmək və stabil keçən həyatlarını yeni macəralarla bəzəmə nəticəsində bir idman növü sayılmağa başlayan alpinizm, 20-ci əsrin əvvəllərində başqa xalqların da maraq dairəsini əhatə etməyə başladı.
Beynəlxalq bir idman növünə çevrilməsi isə 1931-ci ildə mərkəzi Cenevrədə olan Beynəlxalq Alpinistlər Birliyinin (UİAA) yaradılması ilə mümkün oldu. Növbəti illərdə müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman budağı halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açıb. Birdən birə alpinist olmaq mümkün deyil. Əvvəlcə uzun müddət inadla məşq etmək, marşrutları bilmək, kiçik zirvələrdən başlayıb get-gedə daha uca zirvələrə qalxmağı öyrənmək lazımdır. Yalnız bunlardan sonra uca zirvələri fəth etmək olar.
Alpinistlər insan ayağı dəyməyən yerlərdən keçirlər. Dağlarda bədbəxt hadisə baş verən zaman ən müasir vertolyotlar, avtomobillər, heç bir texnika köməyə gedə bilməyəndə yalnız alpinistlər bu çətin işin öhdəsindən gəlirlər. Onları ölüm təhlükəsi gözləsə də, həmişə dara düşən adamın köməyinə tələsirlər.
Alpinistlərin xüsusi ləvazimatı var: küləkdən, yağışdan və qardan qorunmaq üçün xüsusi geyim, altı dişli ayaqqabı, buz baltası, ayaqqabılara bərkidilmiş xüsusi qırmaqlar, qayalara və buzluqlara keçirilən qırmaqlar, çəkiclər, çadırlar, yataq kisələri və başqa aksessuarlar.
Alpinistlər çox vaxt idman məqsədi ilə zirvəyə qalxarkən elmi araşdırmalar da aparırlar. Onlar uca dağ metrostansiyalarında işləyir, dağlarda su-elektrik stansiyalarının tikintisində iştirak edir, 7 min metr hündürlükdə müxtəlif aparatlar yerləşdirirlər.
8 avqustu yalnız dağ zirvələrini fəth edənlər deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar öz bayramları hesab edirlər. Məlumdur ki, dünyada hər il göydələnlərin, hündürmərtəbəli binaların sayı artır. Belə mütəxəssislər binaların fasadlarını və pəncərələrini yuyur, rəngləyir, təmir edir, qardan və sırsıradan təmizləyir, kondisionerləri montaj edirlər.
Bu bayram sərhəd tanımır, kişiləri və ruhən möhkəm qadınları birləşdirir. Yüksəklikləri fəth edənlər Alpinizm günündə görüşlər keçirir, təcrübə mübadiləsi aparır, yeni rekordlar müəyyən edir, təsirli tamaşalar göstərirlər. Dünyanın bəzi şəhərlərində idman klubları həmin gün yarışlar, konsertlər və digər bayram tədbirləri təşkil edirlər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

