Suriya sözünü danır - təmaslar dayanır?
16.08.2023 [11:39]
S.İSMAYILZADƏ
Son zamanlar Suriya hökuməti Türkiyə ilə münasibətlərin normallaşmasından çox yenidən gərginləşməsinə xidmət edən addımlarının şahidi oluruq. Məsələn, Bəşər Əsəd “Sky News Arabia” telekanalına verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü “yersiz” adlandırıb və onu “işğalı qanuniləşdirmək”də ittiham edib. Xatırladaq ki, görüş 4-lü format çərçivəsində Rusiya tərəfinin təklifi ilə planlaşdırılmışdı. Əsədin müsahibəsinin regionda yeni situasiyaya yol açacağını indidən proqnozlaşdırmaq mümkündür - görünən budur ki, onu “danışdıran” qüvvələr yenidən Əsəd üzərindən bəşərə qarşı qanlı teraktlar axtarışındadırlar. Regional sülhün bərpasına yönəlik planlaşdırılan görüşü “özünəməxsus” şəkildə dəyərləndirən Əsədin fikrincə, bu təmasın “məqsədi” “Türkiyənin Suriyadakı işğalını qanuniləşdirməkdir”. B.Əsəd vurğulayıb ki, ən yüksək səviyyədə ikitərəfli danışıqların gündəliyi konkret olmalıdır: Suriya tərəfi Türkiyənin nizami qoşunlarının öz ərazisindən çıxarılmasında israrlıdır. “Həqiqət budur ki, Suriyadakı terror Türkiyənin törəməsidir”, - deyə Əsəd iddia edib.
Qeyd edək ki, Bəşər Əsədin bu sözlərinə cavab olaraq avqustun 10-da Türkiyə Müdafiə Nazirliyi keçirdiyi brifinqdə Suriyanın şimalını tərk etmək niyyətində olmadığını açıqlayıb.
Ümumiyyətlə, Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Son dövrlərdə isə Türkiyənin qlobal siyasi oyunçuya çevrilməsi Yaxın Orta Şərq regionunda da bu məsələnin həllinə ümid verirdi. Başqa sözlə, artıq şərtlər dəyişmişdi və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxa bilərdi. Bunun təmin edilməsi isə bütövlükdə, Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edirdi. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə:
- Siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması;
- Siyasi sabitliyin əldə olunması;
- Hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması;
- İqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alırdı.
Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruri etmişdi. Xatırladaq ki, 4-lü formatda aprel ayında müdafiə nazirlərinin görüşünün ardından Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirmişdi ki, Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır. O qeyd etmişdi ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünə hörmət edir və daha çox miqrantın ölkəyə daxil olmasını istəmir. Bu isə Türkiyənin Suriyaya nəzərən mövqeyini və baxış bucağını ortaya qoymuşdu. İndiki halda Bəşər Əsədin anti-Türkiyə tezisləri ilə “silahlanması” anlaşılan deyil - yəqin ki, bu, bölgə ilə bağlı yeni planların varlığından xəbər verir. B.Əsəd isə bu planların sadəcə, tərkib hissəsi olmağa “qərarlıdır”...
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

