TƏBİB: Azərbaycanda COVID-19-un yeni ştamlarına yoluxma halı aşkar edilməyib
28.08.2023 [13:32]
Yay mövsümündə xarici ölkələrə səfərlərin artması ilə əlaqədar mövsümi olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözlənilən hal idi. Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilib. Qeyd edilib ki, hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib.
Avqustun 9-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 virusunun yeni ştamı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib. Bu dəyişiklik son həftələrdə “Eris” olaraq da adlandırılan EG.5 ştamının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artması nəticəsində olub. EG.5 ştamının ən geniş yayıldığı ölkə Çindir. İkinci yerdə ABŞ yer alıb və qeyd olunan ştam hazırda ABŞ-da dominant ştam olaraq elan edilib.
EG.5 ştamı Omikron ştamının XBB 1.9.2 xəttinin sələfidir. Yeni ştam XBB 1.9.2 ştamından və spayk zülalında XBB 1.9.2 ştamı ilə eyni aminturşu profilinə malik XBB.1.5 ştamından 1 mutasiya ilə fərqlənir. Bu mutasiya xəstəliyin gedişatında, müalicəyə tabe olmasında və ya ötürücülüyündə heç bir dəyişikliklə təzahür etməyib. Lakin bu ştamın orqanizmin immun qoruma mexanizmlərinə qarşı daha davamlı olduğunu və bununla da daha yüksək yoluxduruculuğa sahib olduğu müşahidə edilir.
Avqustun 9-da EG.5 ştamı ÜST tərəfindən qlobal ictimai səhiyyə baxımından aşağı riskli olaraq dəyərləndirilib. Lakin qeyd etmək lazımdır ki, yüksək risk qrupuna daxil olan şəxslər üçün bu bəyanat qorunma tədbirlərini azaltmağa, diqqətsiz davranmağa əsas olmamalıdır. Hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər.
Yeni aşkar olunan digər bir ştam isə BA 2.86 ştamıdır. BA 2.86 ştamı mutasiyaların sayı baxımından Omikron ştamı ilə müqayisə olunur. Bu səbəbdən bu ştamın immun cavab mexanizmlərindən yayınaraq yüksək yoluxduruculuq qabiliyyətinə malik ola biləcəyi proqnozlaşdırılır. Lakin BA 2.86 ştamının rastgəlmə tezliyinin hələ ki aşağı olması yoluxduruculuq və digər xüsusiyyətləri baxımından mülahizələrin irəli sürülməsinə yol vermir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, virus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşmaqdadır. Bu səbəbdən də, variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır.
Yoluxma riskindən qorunmaq üçün hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər. Kütləvi məkanlarda maskadan istifadə, sosial məsafənin qorunması, xəstələrlə təmasdan çəkinmək tövsiyə olunan tədbirlərdəndir.
Qeyd edilib ki, TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

