Diplomatiyamızın uğuru
08.09.2023 [12:22]
Yeganə BAYRAMOVA
Bu günlərdə Qərbi Azərbaycan İcması (QAİ) UNESCO ilə predmetli dialoq çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmişdi. QAİ mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq potensialın gücləndirilməsi sahəsində UNESCO-nun praktiki yardımlarını xahiş edib. UNESCO icmaya cavab məktubu göndərib.
Beynəlxalq təşkilat mədəni irsin qorunması sahəsində icmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib. Bir sözlə UNESCO potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə QAİ-nin xahişinə müsbət cavab verib.
İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpasında UNESCO ilə əməkdaşlıq edəcək.
Əməkdaşlıqla bağlı Yeniazerbaycan.com-a açıqlama verən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın ən böyük təşkilatlarından biridir. Onun sözlərinə görə, UNESCO təhsil, elm və mədəniyyət məsələləri sahəsində dünya dövlətlərinin əməkdaşlığını, xüsusilə xalqların mədəni irsinin qorunması, təbliği və inkişafını təmin etməli olan bir qurumdur: “Lakin təəssüf ki, bir çox beynəlxalq təşkilatlar kimi, bu təşkilat da bəzən ona təsir imkanları böyük olan güclərin təsiri altına düşərək məsələlərə ikili standartlarla yanaşır. Bu isə, hər şeydən əvvəl, UNESCO-nun özünün beynəlxalq nüfuzuna xələl gətirir.
30 il ərzində biz dəfələrlə bunun şahidi olduq. Nəinki 30 ildə, hətta postmüharibə dövründə Azərbaycan xalqının, dövlətinin, Azərbaycan Prezidentinin dəfələrlə müraciət etməsinə baxmayaraq, UNESCO susmağa üstünlük verdi. UNESCO bilə-bilə ki, işğalçı Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində daşı daş üstə qoymayıb, Azərbaycan xalqının bu ərazilərdəki bütün maddi və mənəvi dəyərlərini məhv edib, susdu, özünü görməməzliyə vurdu. 44 günlük müharibədən sonra işğaldan azad etdiyimiz ərazilərimizdə erməni vandallığını dünyaya göstərmək fürsəti əldə etdik. Lakin təəssüf ki, bu dəfə də UNESCO susdu, dünya susdu.
Qərbi Azərbaycan İcması yaranan ilk gündən biz son 200 ildə tarixi torpaqlarımızda Azərbaycan mədəni irsinə qarşı erməni vandallığını diqqət mərkəzində saxladıq, dünyaya car çəkdik, həmin mədəni irsin Azərbaycan mütəxəssisləri ilə birgə monitorinqinin keçirilməsi barədə UNESCO-ya müraciət etdik. Bizim bu tələbimiz BMT-nin rəsmi sənədi kimi, dünya dövlətləri arasında yayıldı”.
Ə.Ələkbərlinin sözlərinə görə, nəhayət, UNESCO-nun Qərbi Azərbaycan İcmasının çağırışına müsbət cavab verməsi sevindiricidir, Azərbaycan diplomatiyasının uğurudur: “İcma ümid edir ki, UNESCO bu dəfə öz vədinə əməl edəcək, Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması sahəsində Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq çərçivəsində əməli addımlar atacaqdır. Bizim UNESCO-dan əsas üç istəyimiz var: müasir metodologiya əsasında Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi. Biz, Qərbi Azərbaycan İcması olaraq, hər üç istiqamət üzrə UNESCO ilə əməkdaşlıq etməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

