Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkmən tayfalarının adını daşıyan kənd

Türkmən tayfalarının adını daşıyan kənd

14.09.2023 [12:57]

Abşeron kəndlər

Türkan

Şahanə

Monqolların Azərbaycana yürüşündən əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək, Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar.  O zaman türkmənlər sadəcə olaraq, türkan adı ilə də məşhur idilər. Bu tayfalardan bəziləri Xəzərin qərb sahillərində daimi məskən salmışdılar. Türkan kəndinin adı da, görünür, bu yerlərdə olmuş türkmənlərin adı ilə bağlıdır.

Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. uzaqda yerləşir. Türkan kəndində iki qəbiristanlıq var. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digəri isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində rəsmlər olan yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.

Türkan Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. Türkan kəndi bağları ilə məşhurdur. Bağlarda ən çox üzüm (ağ şanı, qara şanı, dərbəndi, kişmişi), əncir, nar yetişdirilir. Əvvəllər kənddə balıqçılar olsa da, hal-hazırda fərdi səciyyə daşıyır.

Türkan həm də tarzən Zamiq Əliyev, xanəndə  Ağaxan Abdullayev, qəzəlxan Vidadi Arif, yazıçı Ənvər Əlibəyli kimi şəxsiyyətlərin doğma kəndidir.

Özünəməxsus tarix və mədəniyyətə sahib olan Türkanın şivə və dialekti də özü kimi çox maraqlıdır. Məsələn: ancaq [ əncax ], kələm [ k’alam ], bəlkə[beykəm], bir az dayan [ bir ho diyanginən ], bir müddət [ bir şur], ayıbdır [ əgübdü ], ev [öy], yazmaq [ yazmey], oxumaq [ oxumey] və s.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31