/ / Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb - Yenilənib
Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb - Yenilənib
19.09.2023 [23:45]
Sentyabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı regiondakı son vəziyyət əsas müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının, davam edən hərbi-siyasi təxribatlarının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb. ABŞ daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfindən bu qüvvələrin çıxarılmasına çağırış edilməməsinin erməni tərəfinin son dövrlərdə təxribatları daha da artırmasına səbəb olduğu vurğulanıb.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığını, nəticədə mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olduğunu, habelə Azərbaycan Ordusunun hərbi qulluqçularının yaralandığını, erməni silahlı qüvvələrinin təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirdiyini və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyini bildirib.
Bu kimi genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı diqqətə çatdırılıb, görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu, iddiaların əksinə mülki əhalinin hədəf alınmadığı, erməni sakinlərin təhlükəsizliyi üçün tərəfimizdən çağırışlar edildiyi bildirilib.
Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq bölgədə mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə olduğu, bu səbəbdən erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının, hərbi təxribatların və törədilmiş terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısı alınmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.
Nazir Ceyhun Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, bu kimi təxribatlarının normallaşma prosesinə xələl gətirdiyini, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyini, Ermənistan baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsinin Ermənistanın sülh prosesində maraqlı olmamasının, ərazi iddialarının davam etdiyinin göstəricisi olduğunu bildirib.
Regionda guya "blokada" və "humanitar böhran" kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, bilərəkdən "humanitar" xarakterli məsələ donu geyindirildiyini, əslində isə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik bir siyasi manipulyasiya olduğunu deyib. Avropa İttifaqı və ABŞ ilə aparılmış müzakirələr əsasında yollardan ardıcıl və paralel istifadə barədə razılıqlara baxmayaraq, bu razılıqlara əməl edilmədiyi xatırlanıb. Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin reallaşdırılması ilə ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığı, əslində isə qondarma, məqsədyönlü xarakter daşıdığı vurğulanıb.
Görüşdə tərəflər həmçinin bölgə ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
xxx
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb və onu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumatyayıb.
“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb. Regionda baş verən son hadisələr, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər müzakirə edilib”, - XİN bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

