/ / BMT TŞ-nin dünənki iclası Ermənistanın və onun bəzi havadarlarının azərbaycanofob siyasətlərinin iç üzünü göstərdi - İCMA
BMT TŞ-nin dünənki iclası Ermənistanın və onun bəzi havadarlarının azərbaycanofob siyasətlərinin iç üzünü göstərdi - İCMA
22.09.2023 [10:31]
Qərbi Azərbaycan İcması Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilmiş iclası ilə bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Aazərbaycanofob siyasətlərinin iç üzünü göstərmişdir.
İlk öncə vurğulayaq ki, Azərbaycanın öz ərazisində apardığı anti-terror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir. Ermənistanın Baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı.
Ermənistanın Baş nazirinin sözügedən anti-terror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir.
Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir.
Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınayırıq.
Xatırlatmaq istərdik ki, hazırda Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasına başlamış Azərbaycanı “etnik təmizləmə” niyyətində ittiham edənlər, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurdundan qovmasına, on minlərlə mülki azərbaycanlını qətliama məruz qoymasına, Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmasına, Azərbaycan ərazilərini minalarla çirkləndirərək məcburi köçkünlərin qayıtmasını əngəlləməsinə rəhmsizcəsinə göz yumurlar. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik leksikona “öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq” ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmaqla məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını əngəlləyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olublar.
Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən, Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyandan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik.
Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

