“Bunun adı rəzillik,xainlik və namərdlikdir”
22.09.2023 [11:17]
Nardar BAYRAMLI
“Erməni terroruna qarşı hazırlanan bəyanata 3 partiyanın imza atmaması onun göstəricisidir ki, bu partiyalar öz “ənənələrinə”, anti-milli fəaliyyətlərinə sadiqdirlər”.
Bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və ReAl Partiyasının Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən qəbul olunan birgə bəyanata qoşulmamasını yeniazerbaycan.com-a şərh edərkən bildirib.
“Onlar eyni zamanda, öz şəxsi maraq və ambisiyalarını dövlətin, xalqın maraqlarından daha üstün tuturlar. Yaxşı bəs bunun adı nədir? Əlbət ki, rəzillik, xainlik və namərdlik! Hərgah, o gün baxıram, həmin partiyaların üzvləri bizə irad tutublar ki, niyə belə deyirsiniz, biz neyləmişik? Bundan artıq neyləyəcəksiniz? Bundan daha betəri olurmu? Yox, əgər yenə də sual qalıbsa, o zaman deyim neyləmisiniz: erməniyə qarşı çıxma cəsarətini özünüzdə tapmamısınız. Düşmən əlinə oynamısınız. Şəhidlərimizin ruhunu incitmisiniz. Qubad adında dələduzun müdafiəsini Qarabağın, Vətənin müdafiəsindən daha vacib hesab eləmisiniz. Sifariş verənlərinizin, xaricdəki qəyyumlarınızın, pul aldıqlarınızın qorxusundan milli və siyasi birliyi özündə ehtiva edən sənədə imza atmamısınız. Yüz bəhanə ilə aradan çıxımısınız, əkilmisiniz, səssiz qalmısınız. Yetdimi, yoxsa ardını da deyim?”.
Partiya sədri deyib ki, Əli Kərimli vətən xainidir və bu gerçəkliyi hamı bilir. Üstəlik, AXCP sədri xarici piştaxtalarda özünü də, şəxsiyyətini də, fəaliyyətini də hərraca çıxaran satqındır. “Eyni zamanda, Arif Hacılı ələkçinin qıl verənidir və qrant bazarında monopoliya Kərimlinin birbaşa ixtiyarında olmasın deyə o da məlum namərdliyə şərik çıxıb, Kərimlinin yanında yer alıb. İlqar Məmmədov isə özü də bilmir nədir və kimdir. Məchulluq içində boğulur. Komplekslər onu içindən yeyir. Nəhayətində isə elədiyi hərəkətlərlə, tutduğu mövqe ilə Kərimli və Hacılıdan fərqlənmir. Ona görə üçünə də təklif etmişdim ki, gedin soyadınızı dəyişin. Biriniz Kərimyan olun, o biriniz Hacıyan, digəriniz isə Məmmədyan. Çünki belə olsa daha məntiqli görünər. Çünki bunların ermənidən fərqi yoxdur. Çünki milli və siyasi xəyanət heç bir zaman bağışlanması mümkün olmayan bir icraatdır, yanlışdır, qələtdir. Nə deyim. Ayıb olsun. Utanıb yerə girsinlər”,-deyə E.Musayev söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

