Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb
22.09.2023 [12:56]
AHİK sədri Səttar Möhbalıyev Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti seçilib
Sentyabrın 22-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) təsis yığıncağı keçirilib.
AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin gündəliyinə TDHİT-nin yaradılması, Nizamnaməsinin və Şurasının tərkibinin təsdiqi, TDHİT-nin prezidentinin, vitse-prezidentinin, Baş katibinin, Təftiş komissiyası sədrinin seçilməsi, Təftiş komissiyasının say tərkibinin müəyyənləşdirilməsi, eləcə də qurumun qurultayının çağırılması haqqında məsələlər daxil edilib.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov Türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən danışıb, həmçinin konfransın məqsəd və vəzifələrindən, TDHİT-nin yaradılmasının səbəblərindən və əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev əvvəlcə Türk dövlətlərinin sıx dostluq və qardaşlıq əlaqələrindən, xüsusilə bu aspektdə son illərdə ölkə rəhbərləri səviyyəsində görülən işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən qarşılıqlı dəstəkdən, münasibətlərimizin möhkəmlənməsində və inkişafında Türk Dövlətləri Təşkilatının səmərəli fəaliyyətindən söz açıb. TDHİT-nin yaradılmasının zəruriliyinə toxunan S.Möhbalıyev bildirib ki, Təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək, həmrəyliyi artıracaq.
Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin, TÜRK-İŞ-in sədri Ərgün Atalayın, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekovun çıxışları da dinlənilib.
Sonra gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Birgə qərarla Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb. Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev vitse-prezidenti, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin Baş katibi, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekov Təftiş komissiyasının sədri seçilib.
Həmçinin TDHİT Şurasının tərkibi təsdiqlənib. Qurumun mənzil-qərargahı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşəcək.
Təşkilatın Qurultayının bu il noyabrın 29-da Ankara şəhərində keçirilməsi barədə qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

