Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək
27.09.2023 [19:00]
Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş anım tədbiri və qanvermə aksiyası keçirilib.
XİN-nin Mətbuat xidməti idarəsindən bildiriblər ki, anım tədbirində Nazirliyin rəhbər heyəti, əməkdaşları, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov müasir tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalına son qoyulduğunu, ərazi bütövlüyümüzlə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunduğunu diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qəhrəmanlıq salnaməsinin tariximizə qızıl hərflərlə həkk olunduğu vurğulanıb.
Torpaqlarımızın işğalı ilə barışmayan Azərbaycanın məsələnin sülh yolu ilə həllini tapması üçün daim çalışdığı, lakin Ermənistanın danışıqların imitasiyası ilə məşğul olduğu, habelə hərbi-siyasi təxribatlarını davam etdirdiyi bildirilib. Məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi dövründə də təxribatların davam etdirildiyi, xalqımızın birliyini və həmrəyliyini pozmaq məqsədilə dəfələrlə mülki əhaliyə qarşı hücumlar və müharibə cinayətləri törədildiyi qeyd olunub.
Nazir müharibənin və münaqişənin bitməsinə baxmayaraq, ölkəmizin 3 il əvvəl Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilələdilməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq, təxribatları və mina təhdidini davam etdirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın növbəti təxribatlarının qarşısının alınması üçün ölkəmizin lokal antiterror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının üzə çıxdığı vurğulanıb. Ölkəmizin bundan sonra da normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qətiyyətli şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.
Bugünkü postmünaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.
Sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı olan “BİZ” tarixi-sənədli filmi nümayiş etdirilib.
Anım tədbirindən sonra Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı, XİN rəhbərliyi və əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.
Daha sonra Xarici İşlər Nazirliyinin rəhbər heyəti Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin tikildiyi ərazini ziyarət edib və ərazinin girişində xatirə daşının önünə gül dəstələri qoyub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47

