Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İkitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri

İkitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri

28.09.2023 [12:04]

Azərbaycan ilə ABŞ arasında mühüm tərəfdaşlıq mövcuddur

Azərbaycan dövləti hər zaman dünyanın bütün ölkələri və beynəlxalq təşkilatları ilə yüksək səviyyəli münasibətlərin qurulması istiqamətində mühüm addımlar atır. Yüksək və çoxşaxəli əməkdaşlıqda maraqlı olan, milli maraqlar çərçivəsində tərəfdaşlığa hər zaman hazır olduğunu bəyan edən Azərbaycan dünyanın aparıcı dövlətləri və təşkilatları ilə yaxın münasibətlər qurur. Bu mənada, Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə də bir sıra sahələr üzrə, o cümlədən hərbi sahə üzrə mühüm tərəfdaşlıq əlaqələri mövcuddur.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaş hesab edilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidentləri və digər rəsmi şəxslər Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.

Azərbaycan - ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini isə hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.

SADİQ

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Siyasət

500 illik qanlı tarix

07 Dekabr 11:20

Xəbər lenti

Siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31