Bu gün Ümumdünya Ürək Günüdür
29.09.2023 [12:00]
Günel
Ürək insanın ən zərif və ən zəhmətkeş daxili orqanıdır. Onunla dünyanı tanıyır, gözəllikləri hiss edir, həyatdan zövq alırıq. Lakin biz çox vaxt ürəyimizə lazımi diqqət və qayğı göstərmir, bəzən çox laqeyd yanaşırıq, yalnız ciddi problemlər yarananda sağlamlığımızı düşünürük. Bəlkə də elə buna görədir ki, bu gün ürək-damar sistemi xəstəliklərindən ölüm halları bu qədər çox yayılıb. Bütün dünya kardioloqları ürəyə dəyər verməyə, onun qayğısına qalmağa, onun fasiləsiz işini pis vərdişlərlə pozmamağa çağırır.
Bu gün Dünya Ürək Günüdür. Həmin gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESKO və digər aparıcı təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. 2011-ci ildən etibarən dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda hər il sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd edilir.
Dünya Ürək Günü qlobal sağlamlıq kampaniyasıdır. Onun əsas vəzifəsi ürək-damar xəstəlikləri, onların səbəbləri və aradan qaldırılması yolları haqqında insanların maarifləndirilməsi, bu xəstəliklərin qarşısının alınması istiqamətində vacib profilaktik tədbirlərin həyata keçirilməsidir.
Ürək-damar xəstəlikləri hər il 18 milyondan çox insanın həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, bu göstərici 2030-cu ildə 23 milyonu ötəcək. Həmin təşkilatın 2022-ci ildə yaydığı məlumata görə, insult və ürəyin işemik xəstəliyi dünya üzrə bütün ölümlərin 31%-ni təşkil edir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının ildən-ilə artması bir sıra sosial faktorlar, ətraf mühitin təsiri, ekoloji amillər, düzgün qidalanmamaq, artıq çəki, piylənmə, oturaq həyat tərzi və son illər artan psixi-emosional gərginliklə əlaqədardır.
Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infarkt və insult nəticəsində baş verən ölümlərin 80%-nin qarşısı sağlam qidalanma, pis vərdişlərin: siqaret və alkoqoldan istifadənin məhdudlaşdırılması, keyfiyyətli yuxu və fiziki aktivliyin artırılması ilə alına bilər.
Ürək “orqanizmin mühərriki”dir. Yaşadığımız bir ömür boyu o dayanmadan, fasiləsiz döyünərək bizə həyat bəxş edir. Ona görə də bu həyati vacib orqanı qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Bu işdə bizə yardımçı olacaq kardiocərrahları, kardioloqları və invaziv kardioloqları peşə bayramı - Dünya Ürək günü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

