İcma: Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb
29.09.2023 [20:06]
Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın Avropa Şurası parlament rəhbərlərinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Konfransında etdiyi yalan və böhtan dolu çıxışını qınayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.
Qeyd olunub ki, əzabkeş cildinə girərək “timsah göz yaşı” axıdan A. Simonyan öz çıxışında guya Ermənistanın demokratiya və insan hüquqlarına bağlı olduğu və bu səbəbdən də xarici təzyiqlərlə üzləşməsi təəssüratı yaratmağa çalışıb.
“Xatırlatmaq istərdik ki, Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb. 2018-ci ildə əvvəlki cinayətkar rejimi çevriliş yolu ilə devirmiş hazırkı hökumət ideologiyası və siyasi xətti baxımından öz sələflərindən qətiyyən fərqlənmir. Müharibə caniləri Koçaryanın və Sarqsyanın millətçi və ksenofob ideologiyası, total etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin əlamətləri hələ də qalmaqdadır. “Qarabağ Ermənistandır. Nöqtə”, “Yeni ərazilər uğrunda yeni müharibə” deyən, 2020-ci il məğlubiyyətindən dərs çıxarmayıb Qarabağa silah-sursat, əsgər göndərən, Qarabağ üçün “beynəlxalq mexanizm”dən dəm vuran, ordusunun qalıqlarını Azərbaycandan çıxarmaqdan imtina edən Paşinyan hökumətinin əməlləri hələ yaddaşlardadır. İndi bu hökumətin azı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və sülhdən danışması, onun səmimi şəkildə peşman olub haqq yoluna gəlməsi ilə bağlı deyil, Azərbaycan tərəfinin beynəlxalq hüquq çərçivəsində atdığı qətiyyətli addımlar sayəsində mümkün olub.
Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üçün bütün şəraiti yaratmış Azərbaycanı “etnik təmizləmə”də əsassız şəkildə ittiham etmək əvəzinə Simonyan, niyə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması və Ermənistanın onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına imkan verməməsinə dair izahat verməlidir.
Nəhayət, vurğulamaq istərdik ki, insan hüquqlarından dəm vuran A. Simonyanın II Qarabağ müharibəsində öz torpaqlarını Ermənistan işğalından azad edərkən həlak olmuş azərbaycanlı hərbi qulluqçuların fotolarını öz sosial şəbəkə hesablarında təhqiramiz ifadələr işlədərək yaymasını unutmamışıq.
Biz Ermənistan tərəfindən xarici dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyi, davamlı sülh üçün yaranmış fürsəti lazımınca dəyərləndirməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”, - deyə bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

