Xalqımıza qarşı törədilən cinayətlərdə əli olan Saakyan...
05.10.2023 [10:45]
Ali savadı belə olmayan cinayətkar məhkəmədə cavab verəcək
Qarabağdakı xuntanın çöküşü ilə Azərbaycan xalqına və dövlətinə qarşı qeyri-qanuni fəaliyyət göstərmiş, cinayətlərdə günahlandırılan şəxslərin mühakiməsinə başlanılıb. Ən əsası isə Qarabağdakı separatçıların keçmiş rəhbərləri Azərbaycanın ədalət məhkəməsinə çıxarılır. Onlardan biri də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilən Bako Saakyandır. Bu şəxs Qarabağdakı qeyri-qanuni xuntanın başçısı kimi Azərbaycanın qanunvericiliyini pozaraq separatizmə şərait yaradıb. Bununla bağlı Saakyanın dosyesini təqdim edirik.
Bako Saakoviç Saakyan 1960-cı ildə Xankəndi şəhərində doğulub. 1977-ci ildə Xankəndi şəhər 1 saylı orta məktəbi bitirən Saakyan 1981-ci ildə Xankəndi 9 saylı İstehsalat Mexanikləşdirilmiş Zavodunda mexanik kimi işə qəbul edilib. 1982-ci ildə Xankəndi tikinti materialları zavodunda daşqırıcı olub. 1983-1987-ci illərdə Qədim abidələrin bərpası elmi şöbəsinin Stepanakert filialında usta bərpaçı, 1987-1990-cı illərdə rayon təchizat idarəsində tədarükçü işləyib. 1988-ci ildən Qarabağdakı separatçı hərəkətlənmənin fəallarından biri kimi tanınıb. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu “vəzifə”dən kənarlaşdırılıb. Onun da əli Azərbaycan xalqının qanına batıb. 1990-94-cü illərdə xalqımıza qarşı törədilən cinayətlərdə Saakyanın fəal iştirakı olub.
1990-cı ildə o, “dqr özünümüdafiə qüvvələri” adlı qanunsuz silahlı birləşmənin üzvü olub. 1992-1993-cü illərdə qondarma rejimin “özünümüdafiə qüvvələri komitəsinin” maddi-texniki təchizat üzrə müavini, 1993-1995-ci illərdə “maddi-texniki təchizat üzrə qərargah rəisi”, 1995-1996-cı illərdə qondarma rejimin “müdafiə ordusu komandanı”nın xarici əlaqələr üzrə müavini, 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi olub. 1999-2001-ci illərdə “dqr daxili işlər naziri”, 2001-2007-ci illərdə “dqr milli təhlükəsizlik naziri” vəzifələrində çalışıb.
Saakyan qondarma rejimin 3-cü başçısı olub. O, ilk dəfə 19 iyul 2007-ci ildə “prezident” seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz “vəzifə”sində qalıb. Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu “vəzifəni” icra edib.
Sentyabrın 19-20-də baş tutan antiterror tədbirləri zamanı qondarma rejimin müqavimətini təşkil etmək üçün “müzakirələr aparan” komitənin üzvü kimi Saakyan da bəzi “məsləhətlər” verib. Bu, erməni mediasında geniş yer alıb. Antiterror tədbirlərinin uğurlu nəticəsi sayəsində Saakyan saxlanılaraq Bakıya gətirilib.
SADİQ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

