Pirallahıda “Əsrə bərabər 20 il” mövzusunda tədbir keçirilib
13.10.2023 [16:39]
13 oktyabr 2023-cü il tarixində YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasovun, RİH başçısı Aparatının məsul əməkdaşlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirakı ilə “Nərəkənd balıqyetişdirmə kompleksi”nin yaxınlığındakı ərazidə baş tutan aksiyada 100 ədəd ağac və gül kolları əkilib.
Daha sonra Pirallahı Gənclər Mərkəzində “Əsrə bərabər 20 il” mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasov, Milli Məclisin üzvü Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları və Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə-təşkilatların rəhbərləri və Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, müharibə iştirakçıları və gənc fəallar iştirak ediblər.
Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlayıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Əsrə bərabər 20 il” başlıqlı video-çarxa baxılıb.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan, regionda çox böyük nüfuza malik olan və geniş spektrli vizyon sahibi cənab İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daimi yaxşılaşdırılması, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb. Natiq öz çıxışında qeyd edib ki, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürdülməsi, Ermənistanla, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, regional inteqrasiya proseslərinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən çoxşaxəli və geniş miqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
Daha sonra millət vəkili, Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” və “Aqrar siyasət” komitələrinin üzvü Aydın Hüseynov bildirdi ki, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlətimizin başçısının həyat fəlsəfəsidir. Aydın Hüseynov qeyd etdi ki, bu günün Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaşdır. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu çoxşaxəli institusional və digər xarakterli reformalar qısa müddət ərzində idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, ölkədə vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin, əlverişli şərait formalaşdırdı. Həyata keçirilən köklü və əhatəli islahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların milli həmrəyliyin gücləndirilməsinə təkan verib.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vurğulayıb ki, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Daha sonra son dövrdə rayonda görülən böyük quruculuq-abadlıq işlərindən söz açan natiq dövlət başçısının diqqət və qayğısı nəticəsində rayonun əsaslı inkişaf perspektivləri haqqında danışıb.
Sonda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

