Millət vəkilləri rədd edir
20.10.2023 [11:25]
Niderland və İspaniya parlamentlərinin əsassız bəyanatları erməni lobbisinin dezinformasiyası üzərində qurulub
Günel ABBAS
Məlum olduğu kimi, 2023-cü il oktyabrın 12-də Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası, oktyabrın 17-də isə İspaniya Senatı özünün keçirdiyi plenar iclasında anti-Azərbaycan xarakterli qətnamə qəbul edib. Heç şübhəsiz bu qətnamələr qərəzli, obyektivlikdən uzaq şəkildə qəbul edilmiş sənədlərdir və birbaşa ölkəmizi hədəf alıb. Eləcə də sözügedən parlamentlər bu qətnamələri qəbul edərək ədalətsiz mövqe nümayiş etdirməklə yanaşı, həm də ermənipərəstlik mövqeyindən çıxış ediblər.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi hər iki ölkə parlamentinin qəbul etdiyi qərəzli sənədi şiddətlə qınayan bəyanat qəbul edib. Müvafiq parlamentlərarası əlaqələr üzrə işçi qrupları birtərəfli bəyanatı qətiyyətlə rədd edib.
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sözügedən sənədlərdə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmayıb, regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb: “Eyni zamanda, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilib.
Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi gözardı edilib. Həmçinin Qarabağ regionunun erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılıb. Bəyanatda da qeyd etdiyimiz kimi, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”.
İspaniya senatının bəyanatı erməni
lobbisinin dezinformasiyası üzərində qurulub
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramovun sözlərinə görə, İspaniya senatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyib: “Bu səbəbdən indi həqiqətdən uzaq iddialarla “ittihamçı” rolunda çıxış etməsi öz absurdluğu baxımından ciddi suallar doğurur. İspaniya Senatının qəbul etdiyi bəyanatın mətni onun bölgədə mövcud olan reallıqlardan nə dərəcədə uzaq olduğunu, erməni lobbisinin dezinformasiyası üzərində qurulduğunu bariz şəkildə nümayiş etdirir.
Biz bəyanatda da qeyd etmişik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Bu gün Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir. Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları da bunu təsdiq edir.
Digər bir düşündürücü hal isə bundan ibarətdir ki, nə qədər paradoksal olsa da, separatizmdən əziyyət çəkən İspaniya dövlətinin Senatı belə bir bəyanatı qəbul etməklə, ərazi bütövlüyü və suverenlik kimi prinsiplərə hörmətsizlik nümayiş etdirir, aqressiv separatizmə tam şəkildə dəstək göstərməklə, regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərə mane olur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, İspaniya Senatının bu bəyanatına qəti etirazımızı bildiririk”, - deyə deputat qeyd edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

