Fədakar analarımızın Vətən sevgisi...
21.10.2023 [10:10]
Milli əqidəli gənc nəsildir
Bu günlərdə müstəqil Azərbaycanın ictimai-siyasi həyatında daha bir əlamətdar hadisə yaşandı. Söhbət Bakıda Azərbaycan Qadınlarının VI Qurultayının keçirilməsindən gedir. Tədbirə paytaxt və bölgələrdən 600-ə yaxın qadın qatılıb. Qurultayda iştirak edən Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər çıxış edərək panel mövzular ətrafında fikir və təkliflərini bildiriblər. Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI qurultayının iştirakçılarına məktub ünvanlayıb. Məktubda dövlətimizin başçısı respublikamızda məqsədyönlü dövlət qadın siyasəti həyata keçirildiyinə, qadınların ölkə həyatının bütün sahələrində fəal rol oynadıqlarına xüsusi diqqət çəkib.
Qurultayın “Heydər Əliyev İli”ndə keçirilməsi dərin məna daşıyır
İdeoloji baxımdan iki fərqli ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan tarixində silinməz izlər qoyan dahi şəxsiyyətdir. O, bütün istiqamətlərdə müstəqil Azərbaycanın fundamental əsaslarını yaradıb. Ölkəmizdə uğurlu qadın siyasətinin əsasını da məhz Heydər Ə?iyev qoyub. “Azərbaycan cəmiyyətində qadınların rolu həmişə yüksək qiymətləndirilmişdir. Biz qadınlarımızın mənəviyyatı və intellektual səviyyəsi ilə daim fəxr etmişik. Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrində Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. İftixar hissi ilə qeyd edilməlidir ki, qadınlarımız öz əcdadlarının yolunu bu gün də davam etdirərək, müasir dünya qadınları arasında özlərinə məxsus yer tuturlar”, - deyən Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birini gender bərabərliyinin gücləndirilməsi təşkil edirdi. Onun bilavasitə rəhbərliyi ilə hazırlanan Konstitusiyamızda qadınlar üçün geniş hüquqlar təsbit olunub. Azərbaycan Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır). Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu var. 2000-ci ilin martında Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalayıb. Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunması, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tuturdu. Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda Milli Fəaliyyət Planı qəbul edilərək uğurla həyata keçirilib.
Azərbaycan qadınlarının ilk qurultayı da məhz Heydər Əliyevin təşəbbüsü əsasında 1998-ci ildə baş tutub. Həmin ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Çox doğru olaraq bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev Azərbaycan qadınlarının VI qurultayının iştirakçılarına ünvanladığı məktubunda bu tədbirin
“Heydər Əliyev İli”ndə keçirilməsinin xüsusi məna daşıdığını bildirərək vurğulayıb: “Qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması dərin məna daşıyır. Ümummilli Lider qadınlarımızın ictimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə və dövlət qurumlarında geniş təmsil olunmalarına həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başlatmışdır. Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir”.
Qadınların misilsiz xidmətləri
Son 20 ildə ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Statistik göstəricilərin təhlili belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda gender bərabərliyi sahəsində müsbət tendensiyalar artır və bəzi hallarda bu trendlər qlobal göstəriciləri üstələyir. Təsadüfi deyildir ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi tərəfindən 2022-ci ildə Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı üzrə təqdim edilmiş Yekun müşahidələrində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əldə olunan tərəqqi, gender bərabərliyinin təşviqi sahəsində irəliləyişlər vurğulanıb.
Ölkəmizdə gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasını hədəfləyən yeni sənədlərin qəbul olunması, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə paralel şəkildə, qadınların ictimai həyata, idarəetməyə, biznes fəaliyyətinə geniş şəkildə cəlb olunmaları üçün həm də praktiki müstəvidə məqsədyönlü tədbirlər görülür və əhatəli təşviq aparılır. Təkcə son illərdə respublikamızın ayrı-ayrı bölgələrində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yeni binalarının açılış mərasimləri keçirilib. Eyni zamanda, Qadın Resurs Mərkəzlərinin fəaliyyəti daha da genişləndirilirb. Yenə də son illərdə ayrı-ayrı bölgələrdə yeni Qadın Resurs Mərkəzləri, Füzuli, Tərtər və Ağcabədi rayonlarında isə İcma Resurs Mərkəzləri yaradılıb.
Tarixən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən elmdə, təhsildə, səhiyyədə qadın iştirakçılığının səviyyəsi yüksək olub. Bu tendensiya indi də qorunmaqla qadınların digər sahələrdə də özlərini inamla təsdiqlədiklərini müşahidə edirik. O cümlədən qadınlarımız biznesdə, İKT sektorunda, yerli özünüidarəetmə orqanlarında getdikcə daha çox sayda təmsil olunurlar. Qadınlarımız həmçinin postmüharibə dövründə işğaldan azad edilən ərazilərimizin bərpasına özlərinin güclü dəstəyini verirlər. Azərbaycan qadınlarının həyatın müxtəlif sahələrində iştirakçılığının artmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev “Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”, - deyə vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30

Siyasət
06 Dekabr 10:21

Siyasət
06 Dekabr 10:20

Gündəm
06 Dekabr 10:16

Siyasət
06 Dekabr 10:10

Xəbər lenti
06 Dekabr 10:00

Xəbər lenti
06 Dekabr 09:47

Xəbər lenti
06 Dekabr 09:24

Xəbər lenti
06 Dekabr 09:22

Siyasət
06 Dekabr 00:06

Xəbər lenti
05 Dekabr 22:53

Xəbər lenti
05 Dekabr 21:37

Xəbər lenti
05 Dekabr 21:00

Xəbər lenti
05 Dekabr 19:50

Xəbər lenti
05 Dekabr 19:13

Xəbər lenti
05 Dekabr 17:40

Siyasət
05 Dekabr 17:22

Xəbər lenti
05 Dekabr 17:21

Xəbər lenti
05 Dekabr 16:23

Xəbər lenti
05 Dekabr 15:44

Xəbər lenti
05 Dekabr 15:19

Xəbər lenti
05 Dekabr 15:14

Xəbər lenti
05 Dekabr 15:04

Xəbər lenti
05 Dekabr 14:55

Xəbər lenti
05 Dekabr 14:45

Xəbər lenti
05 Dekabr 14:32
