Sülh müqaviləsini razılaşdırmaq üçün...
25.10.2023 [16:14]
Danışıqlar regional əməkdaşlığı gücləndirməyə xidmət edir
G.QABİLQIZI
Oktyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Ceyhun Bayramov bu görüşdə bir sıra əhəmiyyətli məqamlara toxunaraq bildirib ki, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şanslar var.
Görüşdə Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib. Eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə edilib. Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı da baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar. Eləcə də Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasında olan münasibətlər 22 fevral 2022-ci il tarixində imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamədən irəli gələn vəzifələri özündə birləşdirir: “Burada ərazi bütövlüyü, təhlükəsizlik, suverenlik, terrorçuluqla mübarizə və regional əməkdaşlığın gücləndirilməsi əsas prioritet kimi qəbul olunur. Düşünürəm ki, müxtəlif təmaslar, danışıqlar da məhz elə regional əməkdaşlığın daha da gücləndirilməsi naminədir. Tehranda “3+3” formatında keçirilən görüş də bunu deməyə əsas verir. Region dövlətləri öz gələcəyini, öz təhlükəsizlik sahəsini özləri müəyyənləşdirməlidirlər və bu artıq konkret bir aksiomaya çevrilmiş vəziyyətdədir. Çünki kənar oyunçular, kənar maraqları olan dövlətlər bu regiona öz niyyətləri ilə gəlirlər və bu da heç vaxt sülhə xidmət etmir. Çətin və spesifik regionda yerləşməyimiz səbəbindən əsas məqsədimiz bütün riskləri və təhdidləri neytrallaşdırmaq, onların qarşısını almaq və tədbirlər görməkdən ibarətdir. Azərbaycan öz təhlükəsizliyini təmin etmək, bütün qarşıya çıxan problemləri aradan qaldırmaq üçün müvafiq tədbirləri bundan sonra da gücləndirəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

