/ / Türkiyə Respublikasının 100 illiyi münasibətilə "Türk şəhidliyi" abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub
Türkiyə Respublikasının 100 illiyi münasibətilə "Türk şəhidliyi" abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub
29.10.2023 [11:43]
Oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 100 illiyi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş "Türk şəhidliyi" abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Sonra qazi Mustafa Kamal və döyüş yoldaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı səsləndirilib.
Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirib ki, Türkiyə xalqı bu qələbəni əzmkarlıq və dəyanətlə qazanıb. Səfir əlavə edib ki, bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olub, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırıb. Cahit Bağçı bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.
Səfir, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük inkişaf yolu keçdiyini qeyd edib. Ötən dövrdə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm, idman və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb.
Cahit Bağçının sözlərinə görə, Azərbaycanın işğalına qarşı türk əsgərlərinin verdiyi qəhrəmancasına mübarizə ölkələrimiz və xalqlarımız arasında sarsılmaz bir qardaşlıq bağları yaradıb.
“Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələrdə tarixi uğurlara imza atıb. Bu gün ümumi daxili məhsulu (ÜDM) bir trilyon dolları aşan Türkiyə G-20 ölkələri içərisində yer alır və NATO-da ən böyük ikinci hərbi gücə sahib dövlətdir. Eyni zamanda, Türkiyə dünyada ən aktiv siyasi fəaliyyətlə məşğul olan ölkələrdən biridir, həmçinin ən çox humanitar yardım edən dövlətlərdəndir. Bu gün Türkiyə məzlumların tək ümididir. Ölkə müdafiə sənayesindəki millilik dərəcəsini 80 faizədək yüksəldib. Türkiyə bu gün peykini, İHA-sını, SİHA-sını, tankını, topunu, savaş gəmisini, savaş təyyarəsini, helikopterini və elektrikli avtomobilini istehsal edən bir sənaye ölkəsinə çevrilib. Aktiv regional və beynəlxalq siyasətimizlə dünyada sülh, hüzur və barış üçün çalışırıq”, - deyə diplomat vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.
Ziyarət iştirakçıları sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş "Türk şəhidliyi" abidəsinin üzərinə gül dəstələri düzüblər.
Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

