Türkiyə ilə sərhədlərin açılmasına gedən yol
31.10.2023 [11:00]
Azərbaycanla sülh müqaviləsini imzalamaqdan keçir...
Günel ABBAS
Rəsmi İrəvan Ermənistan və Türkiyənin münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqların müsbət nəticəsinə və əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edir. Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında xatırladıb ki, sözügedən saziş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasını nəzərdə tutur: “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz Marqara keçid məntəqəsini yenidən təchiz etmişik və artıq sərhəd keçidini təmin etməyə hazırıq. Ümid edək ki, bu razılaşmalar həyata keçiriləcək”.
Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. İrəvanın nümayəndəsi Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan, Ankaranın nümayəndəsi isə Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçdır. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər. Birinci görüş Moskvada, qalan üç görüş isə Vyanada baş tutub.
Bununla yanaşı, Ermənistanın baş naziri ilə Türkiyə Prezidenti arasında ilk telefon danışığı 2022-ci ilin iyulunda, onların ilk təkbətək görüşü isə həmin il oktyabrın 6-da keçirilib.
Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Tbilisidə keçirilən sayca Dördüncü İpək Yolu forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına olan ümidləri bir qədər artırıb: “Həmin forumda Paşinyan bir neçə ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bildirib. Düzdür, Paşinyan dəfələrlə oxşar mövqedən çıxış edib və eyni məharətlə də mövqeyini dəyişib. Ancaq indi vəziyyət tamamilə başqa və fərqlidir. Əvvəllər o, bu tip bəyanatlar verərkən hələ Azərbaycanın Qarabağ üzərində tam suverenliyi təmin edilməmişdi, orada separatçı rejim mövcud idi, lakin indiki reallıqlar tamamilə başqa mənzərəni diktə edir. Artıq nə separatçı rejim, nə də onun nümayəndələri var. Seperatçılar Azərbaycan təcridxanalarında istintaq altındadırlar.
Belə olan vəziyyətdə Ermənistan baş nazirinin səsləndirdiyi fikirlər müəyyən nikbinlik üçün əsas yaradır. Həmçinin sərhədlərlə bağlı məsələ də aktuallaşır. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası əsas gündəmə çevrilir. Türkiyə ilə bağlı da sərhədlərin açılması məsələsi də diqqət mərkəzindədir. Amma Türkiyə dövlətinin də bu məsələ ilə bağlı prinsipial mövqeyi var. Bu, ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması prosesi ilə paralel şəkildə Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilər. Yəni bu proseslər bir-birini qabaqlaya bilməz. İlin sonuna qədər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və paralel şəkildə Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində həlledici addımların atılması gözlənilir”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

