/ / Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili kurslarının məzunlarına sertifikatlar verilib
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili kurslarının məzunlarına sertifikatlar verilib
13.11.2023 [10:44]
Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı çərçivəsində təşkil edilən distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov layihənin ilk günlərindən Çinin Azərbaycandakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında sıx əməkdaşlıq qurulduğunu bildirib. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb. “Sevindirici haldır ki, Azərbaycanda Çin dilini öyrənmək istəyən tələbələr kifayət qədər çoxdur. İnanıram ki, belə layihələrin sayı gələcəkdə artacaq, Azərbaycan-Çin əməkdaşlığı daha da inkişaf etdiriləcək. Bu gün artıq 50-dək tələbəmiz bir neçə kursu uğurla başa vurub”, - deyə S.Məmmədov əlavə edib.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min bildirib ki, Azərbaycanda bir sıra orta məktəblərdə Çin dilinin tədrisi barədə razılıq əldə edilib, həmçinin universitetlərdə belə layihələrin davam etdirilməsi nəzərdə tutulur. Çin dili kurslarını bitirən tələbələrə uğurlar arzulayan xanım Qo Min gələcəkdə onların iki ölkə arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəklərini deyib.
Qeyd olunub ki, Çin dili kursları 2019-2022-ci illəri əhatə edib. Ümumilikdə 35 tələbə həmin kurslarda iştirak edərək, Çin dilində dinləmək, danışmaq, oxumaq və yazmaq kimi ilkin biliklərə yiyələnib.
Hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyada ən çox yayılan dillər siyahısında qərarlaşıb.
Bakıdakı Çin dili kursları layihəsinin tərəfdaşları UNEC, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir.
Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

