Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əbədiyaşar Liderimiz!

Əbədiyaşar Liderimiz!

17.11.2023 [11:20]

Bəşəriyyət özünü dərk edəndən həyatın və ölümün mənasını anlamağa çalışır, xoşbəxtliyin nə olduğunu dərk etməyə can atır. Müdriklərin qənaəti bundan ibarətdir ki, insanın xoşbəxtliyi etdiyi yaxşılıqlardan ibarətdir, etdiyi yaxşılıqlar qədərdir, insanın yaşla ölçülən ömrü isə quru bir statistikadır. İnsanın əsl ömrü isə xatırlandığı qədərdir. İnsan dünyasını dəyişəndə ölmür, insan unudulanda ölür. Unudulmayan insanlar sağlığında öz əməlləri ilə cəmiyyətə nümunə olanlardır!

İnsan var nəfəsi ilə yaşayır, insan var ki, əməli ilə yaşayır və həmin insan xalqın, millətin tarixinə və varlığına çevrilir. Bu tarixən belə olub, bu gün də belədir. Məhz əməli ilə yaşamış o böyük insan, əbədi liderimiz Heydər Əliyev bu gün Azərbaycan xalqının tarixi varlıq simvoluna çevrilmişdir. Azərbaycan tarixinin səhifələrini vərəqləyərəq tariximizdə iz qoymuş liderlərimizin, böyük şəxsiyyətlərimizin olduğunun şahidi oluruq. Təbii ki, bu şəxsiyyətlərimizi öyrənmədən Azərbaycanın tarixini öyrənmək mümkün deyil. Məhz bu şəxsiyyətlərimiz Azərbaycanın ötən yüz illikdəki gerçək simasını müəyyən edir.

Bu gün heç kimdə mübahisə və şübhə doğurmayan bir həqiqət var. Bu Heydər

Əliyev faktorudur. Heçkimin şübhə etmədiyi reallıq budur ki, Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanın deyil, həm də 21-ci yüz il, 3-cü minillik Azərbaycanın gerçək simasını müəyyənləşdirən nəhəng bir etnosiyası amilidir. Bu qeyri-adi şəxsiyyətin ictimai-siyasi fəaliyyəti haqqında indiyədək yüzlərlə, minlərlə fundamental araşdırma işləri yazılıb, kitablar, monoqrafiyalar nəşr edilib. Lakin tam məsuliyyəti ilə deyə bilərik ki, bu mahir siyasət və idarəretmə ustasının, adı və nüfuzu Azərbaycanın hüdudlarını çoxdan aşmış bu nəhəng dövlət xadiminin, planetar miqyaslı ictimai-siyasi xadimin siyasi personası, onun milli-ictimai və siyasi fəaliyyəti, dünyagörüşü və həyat fəlsəfəsi, yaratdığı siyasi və etik məktəb hələ neçə-neçə illər bundan sonra da sosioloq və politoloqların, filosofların və iqtisadçıların fundamental araşdırmalarının predmeti olacaqdır. Təkcə ona görə yox ki, Heydər Əliyev sadə adamdır, lakin adi adam deyil. Həm də ona görə ki, gəncliyində memar olmaq, gözəl binalar tikmək istəyən bu dahi şəxsiyyət taleyin xoş qismətindən başqa bir möhtəşəm abidənin - güclü əzəmətli, qüdrətli, sivil, demokratik və müstəqil Azərbaycan dövlətinin alternativsizliyini praktika müstəvisində sübuta yetirdi.

Heydər Əliyevin bütün həyatı, onun bütün siyasi ömürlüyü millətə və Vətənə hansı vasitə ilə olursa-olsun, xidmət göstərmək nümunəsidir. Heydər Əliyev kimi şəxsiyyətlər üçün onların sağçı, solçu, liberal, mərkəzçi, bitərəf və s.olmasının heç bir fərqi yoxdur. Bu tipli şəxsiyyətləri hansı ideoloji-siyasi sistem çərçivəsinə salırsan-sal, onlar onsuz da bir işlə-geniş mənada quruculuq işlərlə məşqul olacaqlar. Əməl adamları, real iş adamları başqa cür ola bilmirlər. Onun fəaliyyəti mahiyyət etibarilə gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi deməkdir. Heydər Əliyev fenomeninə hansı prizmadan yanaşırsan-yanaş, nəticə həmişə eyni olacaq: bu fenomenal şəxsiyyətin bütün fəaliyyəti yalnız milli intibaha - böyük Azərbaycan Respublikasının aparan yolun ən vacib mərhələləridir.

Heydər Əliyev zamanla ayaqlaşan, onu hətta qabaqlayan siyasətçilər kateqoriyasına aiddir. Bu böyük insanın bütün süurlu həyatı Azərbaycan milli ruhunun oyanmasına, milli-özünüdərkin güclənməsinə həsr olunmuş mənalı bir ömür idi. Hansı ideologiyanın çərçivəsində fəaliyyət göstərməsindən asılı olmayaraq Heydər Əliyev yalnız öz xalqı üçün dayanmadan, yorulmadan çalışmışdır. Onun gücü-siyasi situasiyanı öyrənmək və vəziyyəti ən optimal şəkildə və məcrada nəzarətə götürməkdən ibarətdir. Şüurlu fəaliyyət hansısa qeri-iradi olanı rədd edir. Şüurlu fəaliyyət uzaqgörənliyi təmin edir. Heydər Əliyev Azərbaycanı gələcəyə məhz belə şüurlu fəaliyyət, belə uzaqgörənlik əsasında hazırlayırdı. Onun bütün ictimai-siyasi fəaliyyəti məhz şüur amili üzərində qurulduğundandır ki, nəticələr bu dərəcədə heyrətamizdir.

Məlumdur ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi respublikamızın bütün guşələrində böyük təntənə və coşğu ilə qeyd olunur. Ulu Öndərimizin anadan olduğu 10 May tarixini xalqımız milli bayram səviyyəsində qəbul edir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Ulu öndər Heydər Əliyev  misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb.

Tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur. Analitiklər, tədqiqatçılar liderləri adətən tarixi şəxsiyyət kimi təsvir və təqdim edir. Amma yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan alan liderlər yeni tarix yazır və yaradır və tarixə çevrilirlər - ictimai-siyasi yaddaşa əbədi həkk olunurlar. Eynilə Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi.

Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini - iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Tarixə qısa səyahət etməklə reallıqların mahiyyətini daha yaxşı anlamaq , hətta anlatmaq olar.

İlk növbədə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olub. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamizin tənəzzüldən xilas edərək inkişaf yoluna çıxmasını təmin edib. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü kadr bazası formalaşdırılıb. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bununla yanaşı, Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Faktlara diqqət edək: Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb;  Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılıb; 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilib; Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilib; 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar verilib. Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb.

Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur - fəxr edir. Və iftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir. Müstəqillik illərinin hadisələri və prosesləri bu təkzibedilməz reallığı tam təsdiqləyir. Bu kontekstdə 3 məqama xüsusi diqqət yetirmək lazımdır:

- Güclü lider ətrafında və xalqın qətiyyətli çağırışı, birmənalı dəstəyi əsasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması: 21 noyabr 1992-ci il tarixdə təsis konfransı keçirilən YAP qısa müddət ərzində təşkilatlandı, siyasi səhnədə yüksəlişə keçdi. Heydər Əliyev və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb şəraitdə - ağır durumda olan Azərbaycan  xalqının inam və etimad ünvanı idi. Qısa müddət ərzində xalqımızın dəstəyi ilə hakimiyyətə gələn partiya ümidləri doğrultdu, Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına və inkişaf diyarına çevrilməsini təmin etdi. Bu, tarixi nailiyyət idi;

- Heydər Əliyevin Qayıdışı və Azərbaycanın Qurtuluşu: 1993-cü ilin iyun hadisələri zamanı Azərbaycan xalqının Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etməsi, Heydər Əliyevin Bakıya qayıdaraq xilaskar missiyasını yerinə yetirməsi dövlətçilik tariximizin dönüş nöqtələrindən biridir. Həmin il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazıldı;

- Tənəzzüldən tərəqqiyə: Ulu Öndərin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövr sabitlik və inkişaf dönəmi kimi ictimai-siyasi tariximizin yaddaşına yazılıb. Azərbaycan xaos, anarxiya, tənəzzül və böhrandan xilas olaraq inkişaf, tərəqqi yoluna qədəm qoydu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanındı.

Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında ən böyük - misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Biz azərbaycanlılar öz etnopsixolojimizə görə ənənəçi xalqıq. Milli-mənəvi dünyamız bunsuz çox kasad olardı. Bizdə bir ata kultu var. Bu, Dədə Qorqud ənənəsidir. Bunsuz, bəlkə də var ola bilməzdik.

Bizlərdə oğul atadan öyrənir və ata yolunu gedir. Atadan öyrənməyən oğul ənənəni davam etdirə, deməli, milli kimliyimizi, adət-ənənələrimizi, milli ruhumuzu yaşada bilməz. Biz bununla güclüyük, bu hesaba varıq. Təsadüfü deyil ki, azərbaycanlıların tarixin dərin qatlarından, minilliklərdən bu günədək gəlib çatan müdrik bir deyimi var: “Meyvə öz budağından kənara düşməz”. İnsanlar arasında da belədir: yaxşı övlad ata yolunu müqəddəs sanar, bu yolla getməyi son, ali məqsəd bilər.Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə  tarixi missiya yerinə yetirdi. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib, qalib ölkə adı və statusu qazanıb.

31 oktyabr 2003-cü il tarixdə keçirilən andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” - deyən cənab İlham Əliyevin çoxşaxəli siyasəti nəticəsində:

- Azərbaycan yeni iqtisadi inkişaf modeli formalaşdırıb: ölkə iqtisadiyyatı dayanıqlı və funksionaldır, ÜDM-in, strateji valyuta ehtiyatlarının artması, qeyri-neft sektorunun inkişafı, sərmayələrin cəlb olunması və digər amillər ölkəmizə mühüm üstünlüklər qazandırır;

- Respublikamız sosial dövlət imicinə malikdir: insanların rifahı daim yaxşılaşdırılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisi əməli surətdə özünü doğruldur;

- Ölkəmizin dünya siyasətində mövqeyi mütəmadi olaraq möhkəmlənir: Cənubi Qafqaz regionunun şəriksiz liderinə çevrilən Azərbaycanın dostlarının və strateji tərəfdaşlarının sayı artır, respublikamız beynəlxalq təşkilatlara uğurla sədrlik, mötəbər tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir. Azərbaycan Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdırır;

- Azərbaycan tarixi ədalətin, ərazi bütövlüyünün bərpasına nail olmaqla və yeni reallıqlar yaratmaqla öz qüdrətini daha da artırıb: cənab İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını qətiyyətlə ifadə etmişdi. O, ötən müddət ərzində güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında deyildi. 2003-cü il tarixində keçirilən andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya göstərmiş oldu. 44 günlük Vətən müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi, əzəli torpaqlarımızı əbədi olaraq terrorçulardan, işğalçılardan təmizləndi, milli qürur və ləyaqətimiz bərpa olundu. Vətən müharibəsindən ötən üç il ərzində isə Azərbaycan dövləti ərazi bütövlüyü ilə yanaşı suverenliyini də tam təmin etdi. Bu gün Şuşa ilə yanaşı, Xankəndi şəhərində də üçrəngli bayrağımız qürurla dalğalanır! Bu, həm də beynəlxalq hüququn bərpası, ədalətin təmin olunmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq”.

Beləliklə, Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan  hər birimizin - dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir. Biz fəxr edirik ki, qalib, qüdrətli Azərbaycan dövlətinin vətəndaşları, qurucu, qürurlu və müzəffər xalqın nümayəndələriyik!

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası

Nərimanov rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 275 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30