Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur
17.11.2023 [12:46]
Hər il dünyada 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğuşun təhlükəsi və fəsadları, profilaktikası, o cümlədən hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur.
Vaxtından əvvəl doğuşlar hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər baş verən doğuşlardır. Vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12% arasında tərəddüd edir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksəkdir. Vaxtından əvvəl doğuşların təxminən 40%-I hamiləliyin 34-cü həftəsinə qədər, 20%-i 32-ci həftəsinə qədər baş verir. Bir çox mamalıq ağırlaşmaları, somatik və anatomik pozğunluqlar vaxtından əvvəl doğuşların meydana çıxmasına səbəb ola bilər.
Vaxtından əvvəl doğuşların risk faktorlarına:
1.Sosial faktorlar (Yaşı 16-dan aşağı olan hamilələr, aşağı sosial-iqtisadi durum, aşağı çəki-boy göstəricisi, tütündən istifadə);
2.Mama-ginekoloji ağırlaşmalar (Anamnezdə vaxtından əvvəl doğuş, çoxdöllü hamiləlik, uşaqlığın fibromioması, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq və ya azsululuq, normal yerləşmiş ciftin vaxtından əvvəl qopması, bacterial vaginoz);
3.Somatik ağırlaşmalar (Böyrək xəstəlikləri, ürək-damar sisteminin xəstəlikləri, tənəffüs sisteminin xəstəlikləri, trombofiliya, kəskinləşmə dövründə bakterial, virus mənşəli və parazitar xəstəliklər və endokrin xəstəliklər, metabolik pozğunluqlar);
4.Anatomik ağırlaşmalar (Birbuynuzlu və ya ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmə, istmiko-servikal yetməzlik) aiddir. 50% hallarda vaxtından əvvəl doğuşların səbəbi naməlum olaraq qalır. Neonatal itkilərin 65%-nin, uşaq yaşlarında nevroloji pozğunluqların 50%-nin səbəbi vaxtından əvvəl doğuşlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur, bu isə dünyadakı hər on körpədən bir deməkdir. Vaxtından əvvəl doğulmuş uşaqlarda əsas problem sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Bu qrupu uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacib sayılır.
Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər. Bu qrup uşaqlarda qaraciyərdə natamam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir. Bundan başqa, vaxtından əvvəl doğulanlarda ən geniş yayılan problemlədən biri də görməsilə bağlı olur. Ona görə də belə uşaqların mütləq oftalmoloq müayinəsindən keçirilməsi tövsiyə olunur. 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib.
Sahib
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

