Ana dilimizin cəfakeşi
18.11.2023 [10:52]
“Azərbaycan öz nefti, təbii sərvətləri ilə çox zəngindir, amma onun ən böyük sərvəti dəyərli, ləyaqətli şəxsiyyətləridir”
Heydər Əliyev
Hər bir xalqın tarixində onun ruhunu ifadə edən, onun getdiyi yolu əks etdirən bir bünövrə var. Bizim xalqımız üçün bu bünövrə Azərbaycan dilidir. Milli varlığımızın nişanəsi olan dilimiz, heç şübhəsiz, hər birimiz üçün müqəddəsdir. Lakin bu yolda əsl fədakarlıq göstərən, bütün ömrünü və fəaliyyətini ana dilimizin inkişafına, onun tədqiqinə həsr edən cəfakeş alimlərimiz olub. O alimlər ki, bu dili hamıdan daha çox seviblər, hamıdan daha çox sevdiriblər, hamıdan daha çox əzizləyiblər, onu üfləyə-üfləyə hər bir təhlükədən, yad təsirlərdən qoruyublar. Belə alimlərdən biri haqqında düşüncələrimi bölüşmək istəyirəm. O, görkəmli dilçi alim, türkoloq, pedaqoq, ictimai xadim, unudulmaz ziyalı və şəxsiyyət, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Həsən Mirzəyevdir.
Həsən Mirzəyev 1927-ci il noyabrın 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1948- 1950-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurandan sonra Rayon Xalq Maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru vəzifəsində işləyib. Doğma dilinə vurğunluğu, dilçilik elminə marağı onu elm aləminə gətirib. 1959-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub. Aspiranturanı bitirəndən ömrünün sonunadək həmin institutda işləyib, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
1965-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyası müdafiə edəb, 1990-cı ildə professor elmi adını alıb. Həsən müəllim ömrünün 50 ilini Pedaqoji Universitetə, doğma Filologiya fakültəsinə bağlayıb. 21 il ADPU-nun Müasir Azərbaycan dili kafedrasına rəhbərlik edib. Neçə nəsil filoloq universitet divarları arasında onun mühazirələrini dinləyib. Neçə-neçə gəncin qarşısında elmin qapılarını açıb. Onun rəhbərliyi altında alimlər yetişib. Neçə müəllim, 2 ədəbiyyatşünas alim, yazıçı, şair, mədəniyyət xadimi Həsən müəllimin sayəsində dilçilik elminin əsaslarına yiyələnib.
O, Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb, monoqrafiyalar yazıb, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları, o cümlədən feili sifət, feilin təsir kateqoriyası və s. tədqiq edib, mübahisələrə son qoyub.
Alimin “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər” kitabı 1979-cu ildə nəşr olunub. Bu kitab haqqında onlarla rəy yazılıb. Dövrün aparıcı dilçiləri kitabı yüksək qiymətləndirib. Həmin rəylərdən birinə diqqət çəkmək istəyirəm: “Olduqca zəngin və ziddiyyətli cəhətlərə malik olan feilin təsirli-təsirsizlik kimi ilkin və əhəmiyyətli, leksik-qrammatik xüsusiyyətləri məhz bu əsərdə ilk dəfə geniş planda, kompleks şəkildə öyrənilmişdir. Həsən Mirzəyevin 20 ilə yaxın feilin müxtəlif qrammatik xüsusiyyətlərini öyrənməsi, xüsusilə təsirli və təsirsiz feillərə aid zəngin material toplaması əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur”. Həsən Mirzəyev Azərbaycan dilçiliyində bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls verib.
Məlum olduğu kimi, Azərbaycan dilində olan feillər özünün leksiksemantik, morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi və başlıcası, fərdiliyi ilə digər nitq hissələrindən fərqlənir. Feillər üçün xarakterik xüsusiyyətlərdən biri də onun dilin milli orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə etməsidir. “Azərbaycan dilində feil” monoqrafyasının “Giriş” hissəsində oxuyuruq: “Azərbaycan dili Azərbaycan xalqının rəsmi dövlət dilidir. O, morfoloji bölgüyə görə iltisaqi, genoloji bölgüyə görə isə türk dilləri ailəsinə mənsubdur.”
Keçmiş Sovet İttifaqı senzurasının ən kəskin dövründə belə çəkinmədən Azərbaycan dilinin dövlət dili olmasını xüsusilə vurğulayan alimin təpədən-dırnağa türk mənşəli sözlərdən formalaşan feili bu qədər sevməsi onun milli ruhundan, milli təəssübkeşliyindan irəli gəlirdi. Çünki feil qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. Feil hərəkətdir, feil sürətdir.
Həsən Mirzəyev hərəkət etməyi sevən adam idi. “Həyat hərəkət deməkdir, su da axmayanda iylənir” deyimi onun həyat fəlsəfəsini şərtləndirirdi.
Professor Həsən Mirzəyev dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatların, iki yüzdən artıq elmi əsərin, 25 kitabın və 10- a yaxın dərs vəsaitinin müəllifidir. Onun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinə olan 14 cildlik külliyatı (bu monoqrafiya 950 çap vərəqi həcmindədir) dilçilik, milli folklor, tarix, etnoqrafiya və coğrafiya sahələri üçün əvəzsiz faktoloji mənbə hesab edilir. Həsən müəllimin yarım əsrlik pedaqoji işi onun elmi fəaliyyəti üçün təkanverici amil olub, demək olar ki, bu sahələrin biri digərini tamamlayıb.
Həsən Mirzəyev gənc yaşlarından şeirə, sənətə də böyük maraq göstərib. Şeirdə nikbinlik və həyat eşqi, ilham və sevinc mənbəyi tapıb. Milli folklorumuzun mahir bilicisi, Azərbaycan Aşıqlar və Yazıçılar Birliyinin üzvü olan Həsən Mirzəyev “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”, “Dərələyəz folkloru”, “Dərələyəz mahalının toponim və şivə sözləri”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı (ensiklopedik məlumat kitabı)”, “Hanı o səndəki el, Dərələyəz?” əsərlərinin müəllifidir. Professor Qəzənfər Kazımov Həsən müəllim haqqında belə yazırdı: “Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən xalqın qədim tarixini, dilini, milli orijinallığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə - aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir”.
Həsən Mirzəyev silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli əsərlər yaradıb. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat), “Dərələyəz mahalının toponimləri və şivə sözləri” kimi sanballı monoqrafiyalarında Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor Azərbaycan dilində olan toponimlərin, abidə adlarının araşdırılması sahəsində əsl fədakarlıq göstərib.
Albert Eynşteyn deyirdi:“Həyat müqəddəsdir. Bu, bütün digər dəyərlərin tabe olduğu ən yüksək dəyərdir. İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər”. Həsən Mirzəyev, məhz o alimlərdəndir ki, onun elmi və ictimai fəaliyyəti vəhdət təşkil edir. Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən Həsən Mirzəyev 1995-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Daşıdığı bu ali titula da böyük məsuliyyətlə yanaşıb, bu işdə də yüksək peşəkarlıq nümayiş etdirib. Həsən müəllim gərgin zəhməti, yorulmaz fəaliyyəti və qətiyyəti ilə hər zaman hər yerdə özünə hörmət və nüfuz qazandırıb. Onu yaxından tanıyan hər kəsin - tələbələrinin də, həmkarlarının da, dostlarının da ürəyində özünə taxt qurub. Mustafa Kamal Atatürk deyirdi ki: “Qayğılanma, cocuk! Hər kəs ölür. Kimi torpağa, kimi ürəklərə gömülür”. Professor Həsən Mirzəyev də danılmaz xidmətləri ilə, məhz ürəklərə gömülüb və unudulmazdır...
Füzuli İsmayılov,
Tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Noyabr 16:29

Xəbər lenti
29 Noyabr 16:26

Xəbər lenti
29 Noyabr 16:08

Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53
