Mirabel bacılarının “qələbəsi”...
25.11.2023 [12:40]
Qadınlara qarşı zorakılığa son!
Yeganə BAYRAMOVA
Zorakılıq bir güc tətbiqidir və onun obyekti hər canlı ola bilər. Ancaq statistik nəticələrə əsasən deyə bilərik ki, əksər hallarda zorakılıq qurbanı qadınlardır. Qadın zərifdir yoxsa zəif? Bəlkə qadının zəif hesab edilməsi zorakılıq hallarının artımına səbəb olur? Bəlkə cəmiyyətin kişini güc mənbəyi hesab etməsi zorakılıq zəncirinə yeni halqalar qoşur?
Qadınlara qarşı zorakılıq dedikdə, ilk başa düşülən onların döyülməsi olur. Ancaq zorakılıq daha geniş anlayışdır və özündə müxtəlif formaları birləşdirir. Qadınlar gizli və aşkar, birbaşa və ya dolayı, keçmişdə yaxud hazırda baş verən, dəfələrlə təkrarlanan zorakılıq növlərinə rast gəlirlər. İncə məxluqlar zorakılığın mənəvi, psixoloji, emosional, verbal (sözlü), cinsi, fiziki, iqtisadi, sosial və s. formalarını yaşayırlar.
Artıq 24 ildir ki, noyabr ayının 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Tarixə baxış...
Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O zamanlar Dominikan Respublikasında diktaturaya qarşı mübarizə aparan üç bacı Patria, Minerva və Maria Mirabelin cəsədləri bir uçurumun ətəyində tapılıb. Mirabel bacıları öldürüldükdən sonra qəzetlərdə bu ölümün avtomobil qəzası nəticəsində baş verdiyini bildirən xəbərlər çıxmışdı. Ancaq həqiqət göründüyü kimi deyildi. Mirabel bacıları Latın Amerikasındakı diktator Rafael Leonidas Truxilona meydan oxumuşdular, ölkələrindəki siyasi azadlıq əzmində mübarizə aparmışdılar. Beləliklə, diktatura tərəfindən təqib edilmiş, dəfələrlə həbs olunduqdan sonra nəhayət maşınlarından didərgin salınaraq təcavüz edildikdən sonra işgəncə ilə öldürülüblər.
Daha sonra Dominikan şairi Pedro Mir “Amen de Mariposas” (“Kəpənəklərin Amini”) adlı şeirində üç bacının öldürülməsini qınayır. Eyni dövrdə Dominikan Respublikası və ABŞ-da ən çox satılan müəllif Julia Alvarez Mirabel bacılarının həyatı haqqında romanını “Kəpənəklər dövründə” adı ilə nəşr etdirir. Bu kitab Mirabel bacılarını “kəpənəklər” kimi məşhur edir. 25 Noyabr 2000-ci ildə Mirabel bacılarının cəsədləri qadın təşkilatları tərəfindən doğulduqları kəndə köçürülür.
Qadınların 69 faizi...
BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) verdiyi məlumata əsasən, dünya üzrə hər gün 137 qadın öldürülür. BMT-nin Demokratik Fondunun hesabatına görə, hər il 5 min qadın namus məsələsinə görə qətlə yetirilir. Qadınlarla bağlı baş verən cinayət hadisələrinin araşdırılması və təhlili göstərir ki, qurban seçilmiş qadınların 70 faizi ərləri və ya sevgililəri tərəfindən öldürülür. Dünyada hər üç qadından biri zorakılığın qurbanı olur. Hər beş qadından biri isə təcavüzə məruz qalır. Mütəxəssislərin 48 ölkədə apardıqları araşdırmaya görə, qadınların 69 faizi həyat yoldaşları tərəfindən döyülür, söyülür, incidilir və müxtəlif təcavüzə məruz qalırlar. Dünya üzrə qadınlarla bağlı zorakılıq hallarının, yəni cinayətlərin 29 faizi namus üstündə, 15 faizi həyat yoldaşını aldatmağa görə, 29 faizi ailəyə uyğunlaşmamağa görə, 10 faizi isə qan davası ilə bağlı olur.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

