Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qar yağacaq, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ

Qar yağacaq, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ

11.12.2023 [13:35]

Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi 12-si gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 11 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 şaxta olacaq.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29