Fransanın uğursuz xarici siyasəti ancaq özünə düşmən qazandırır
27.12.2023 [09:45]
Günel A.
“Azərbaycanın Xarici İşlər Nazirliyinin Fransa səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” elan etməsi bir daha göstərir ki, Fransanın uğursuz xarici siyasəti nəticə etibarilə ancaq özünə düşmən qazandırır”.
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“Dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib. Bununla yanaşı, Cənubi Qafqazda regional gücə çevrilən Azərbaycanın müstəqil xarici siyasəti bu dövlətin bütün planlarını alt-üst edib. Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarına, necə deyərlər, “çomaq soxub”,- deyə deputat bildirib.
Fransanın agentura şəbəkəsinin ifşasının Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində baş verdiyini vurğulayan deputat əlavə edib: “Xatırlatmaq yerinə düşər ki, Qərb mediası Prezident Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib. Fransa hazırda demək olar ki, hər bir cəhətdən Azərbaycanın qarşısında məyusluq hissi yaşayır. Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT səviyyəsində, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri cavabsız və nəticəsiz qalıb. Bu baxımdan biz diplomatik yolla da bu dövləti proseslərdən kənarda tuta bilmişik. Əslində, bundan bir növ Ermənistan nəticə çıxarmalıdır. Çünki onun havadarı olan Fransanın beynəlxalq hüquqazidd əməllərinin ifşa olunması gələcək üçün yaxşı heç nə vəd etmir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

