Elçin Əmirbəyov: Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir
29.12.2023 [11:21]
Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı məqalənin müəllifi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
O qeyd edib ki, hazırda müşahidə olunan ikitərəfli münasibətlərin pisləşməsi Ermənistan-Azərbaycan qarşıdurmasında Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi ilə bağlıdır.
Artıq uzun illərdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi, son zamanlar isə həm də hərbi dəstək verən Fransa özünün ziyanverici fəaliyyəti ilə Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunmasının perspektivlərinə zərbə vurur.
BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan açıq-aşkar anti-Azərbaycan təşəbbüslərinin həyata keçirilməsi məqsədilə bir alət qismində istifadə edilməsi təkcə Fransanın onsuz da şübhəli olan potensial vasitəçi reputasiyasını tamamilə məhv etməyib, həm də Parisə qabaqcıl rollardan birini ayıran Avropa İttifaqının özünə münasibətdə Bakının etimadına ciddi zərər verib.
E.Əmirbəyov vurğulayıb ki, İrəvana ölümcül silahların tədarükü Cənubi Qafqaz regionunda sabitliyi pozur və təhlükəsizliyə zərbə vurur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanmaya sürükləyir və Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni şəkildə uzaqlaşdırır.
E.Əmirbəyov sonda deyib: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

