İlham Əliyevin dünyaya mesajı...
13.01.2024 [09:47]
Hədəflərimiz bəllidir!
Ötən gün cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsi bütün dünyanın marağına səbəb oldu. Əminliklə demək olar ki, İlham Əliyevin verdiyi ismarıclar həm Ermənistan hakimiyyətinə, həm də onlara havadarlıq edən qüvvələrə, sözün əsl mənasında, dərs oldu. İlham Əliyev təkcə Qarabağ məsələsindən və tarixi zəfərimizdən bəhs etmədi, o həm də gələcəyə planlanmış mütləq hədəflərini açıq şəkildə dilə gətirdi. Elə bu əminlik, bu iradə, əsl güclü lider xüsusiyyətlərini özündə ehtiva edən siyasi əhəmiyyətli çıxış, anti-Azərbaycan qüvvələrinə bizə qarşı davranışlarında daha da ehtiyatlı olmalarını xatırlatdı. Cənab Prezidentin dediyi kimi, - “hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın normallaşma və sülh prosesinə sadiq qaldığını vurğulayıb, qaranlıq, ətrafında qalmaqal və şou yaradılan məsələlərə açıq-aydın münasibət bildirib. O, bununla həm də Azərbaycan cəmiyyətinin gələcək hədəflərini açıqlayıb.
Növbədənkənar seçkilərin keçirilməsi məsələsinə aydınlıq gətirən Prezident vurğuladı ki, illər sonra tarixdə ilk dəfə Xankəndidə seçkilər keçiriləcək. Orada yaşayan insanlar səs verəcəklər: - “Əgər 2025-ci ilə qədər gözləsəydik, birinci seçki Bələdiyyə seçkiləri olacaqdı. Mən isə hesab edirəm ki, Azərbaycan üçün ən önəmli seçki, Prezident seçkiləridir və Xankəndidə məhz birinci Prezident seçkiləri keçirilməlidir”
Möhtərəm Prezident müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü “güzgü prinsipi”nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi. Rəsmi Bakının delimitasiya ilə bağlı üç təklifini irəli sürdüyünü bildirən İlham Əliyev, bütün qaranlıq məqamlara aydınlıq gətirdi.
Xəritələrin yenilənmə məsələsini gündəmə çıxaran Prezidentimiz SSRİ -nin qurulmasından sonrakı xətirələri göz önünə çəkdi. Nəzərə alsaq ki, delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Məhz açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar da mövcuddur.
Müsahibəsi zamanı İlham Əliyev həm də xüsusilə qeyd etdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı - sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan, Prezidentin də dediyi kimi, 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməyəcək.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” söyləyərək, Azərbaycanın hər bir sahədə qazandığı uğurları təqdim etdi. Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi. Bu gün isə Azərbaycanın gələcəyini yaşıl enerjiyə bağlamasından bəhs edirik. Ölkəmizin bərpaolunan enerji potensialı böyükdür. Dövlət başçısı İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu resurslar gələcəkdə Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Dünyanın belə bir mötəbər beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Azərbaycan bugünədək ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə hazırkı dövrün çağırışlarının həyata keçirilməsinə mühüm töhfələr verib.
Son vaxtlardakı bütün çıxışlarında olduğu kimi Prezident İlham Əliyev işğaldan azad edilən torparlarda aparılan quruculuq işlərinə də geniş yer verdi. Möhtərəm Prezident qeyd etdi ki, Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam ediləcək. Bu ilin İnvestisiya Proqramının artıq bir neçə dəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, “Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng layihələrdir”.
Ümumiyyətlə, Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
Cənab prezident həm də elan etdi ki, yeni tarixi səhifə açılır və bu, Azərbaycanın sərhədlərindən kənara çıxmasıdır. Müasir tarixdə bir ilkə imza ataraq, ərazi mübahisəsini ən yüksək səviyyədə, unitarlığını qorumaqla bərpa edən Azərbaycan tarixində ilk dəfə sərhədlərini aşır - gücü ilə, ordusu ilə, iqtisadiyyatı ilə, siyasəti ilə...
Həmçinin bu müsahibədə diqqəti çəkən əsas məqamlardan biri də, ölkə başçısının Türkiyə və Türkiyə Prezidenti haqqında söylədiyi fikirlər oldu.
Belə ki, İlham Əliyev, “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”- deyərək, Türkiyə ilə Azərbaycan arasında olan qardaşlığın sarsılmaz bağlarla qurulduğunu bəyan etmiş oldu. Yeri gəlmişkən onu da demək lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür.
İlham Əliyev Azərbaycanın regional liderliyini bir daha elan etdi və bütün cəmiyyəti ardınca gəlməyə çağırdı.
Sərrast, milli maraqlardan geri çəkilməyən, diplomatiyanın ən yüksək səviyyədə hazırcavablıqla ifadəsi və güclü iradə sahibi olan İlham Əliyev, gələcək 7 il üçün açıq mətnlə fikirlərini ifadə etdi və o politoloqları, siyasətçiləri, ziyalıları yeni dövrü təhlil etməyə, yeni strategiyanın hazırlanmasında iştirak etməyə səslədi. Əslində, cənab Prezidentin buna ehtiyacı yoxdur. Cənab Prezident 20 ilə yekun vurub, seçkiləri də bu yekun üçün irəli çəkib. Sadəcə o siyasətçilərə, politoloq və ziyalılara ona görə səsləndi ki, özünün başlatmış olduğu yeni tarixdə, yeni strategiyasına köklənsinlər və yeni dövrün tələblərini anlasınlar. Tam əminliklə demək olar ki, İlham Əliyev yeni dövr üçün yeni tarix yazmağa hazırlaşır. Bununla belə o əvvəlki tarixi zəfərinə baxmayaraq, arxayınlaşmadığını göstərdi və cəmiyyətə də bir mesaj verdi.
Çünki o, tarixin kəsimlərindən maksimum istifadə etməyi bacardığı qədər də zamanı dəyərləndirən və psixoloji halı qiymətləndirməyi bacaran böyük filosofdur.
İlham Əliyev bilir ki, xalqın yaşaması, inkişafı üçün ilk növbədə passionarlığını saxlaması vacibdir. Tənbəllik olmaz, arxayınlaşmaq qəti olmaz, qürurlanıb, Tarixi Zəfərin kölgəsində mürgüləmək isə faciələrə səbəb ola bilər.
İlham Əliyev xalqı məhz buna çağırdı: arxayınlaşmayın, tənbəlləşməyin, hansı zamanda, hansı qonşular əhatəsində, necə şəraitdə yaşadığınızı unutmayın!
Onu da qeyd etmək labüddür ki, növbəti 7 ildə, İlham Əliyevin görəcəyi ən mühüm işlərdən biri də, Zəngəzur dəhlizi ilə bağlı olan məsələdir.
Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırdı: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. İlham Əliyev daha sonra qeyd etdi ki, əks halda Ermənistan əbədi dalan kimi qalacaq: “Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Buradan da belə başa düşülür ki, Respublikanın ərazisi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılması məsələsi yenidən gündəliyə çıxarılır. Eynən Prezidentin son müsahibəsində söylədiyi kimi: “ Xankəndidə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Bəli biz, ədaləti bərpa etdik!
Fəzail Ağamalı,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına bax
Dünya
20 Aprel 14:27

İdman
20 Aprel 13:54

Mədəniyyət
20 Aprel 13:18

Diaspor
20 Aprel 12:25

Siyasət
20 Aprel 11:46

Sosial
20 Aprel 11:15

İdman
20 Aprel 10:54

Siyasət
20 Aprel 10:21

Gündəm
20 Aprel 09:52

İdman
20 Aprel 09:35

Dünya
20 Aprel 09:18

Dünya
20 Aprel 08:54

İdman
20 Aprel 08:23

Mədəniyyət
20 Aprel 08:14

Dünya
20 Aprel 07:21

Hadisə
19 Aprel 23:35

Sosial
19 Aprel 22:27

Sosial
19 Aprel 21:36

Dünya
19 Aprel 20:26

Hadisə
19 Aprel 19:54

Elm
19 Aprel 19:27

Dünya
19 Aprel 18:45

Dünya
19 Aprel 18:14

İdman
19 Aprel 17:43

Elanlar
19 Aprel 17:25

Hadisə
19 Aprel 16:51

İdman
19 Aprel 16:19

YAP xəbərləri
19 Aprel 15:58

Dünya
19 Aprel 15:26

YAP xəbərləri
19 Aprel 14:34

Sosial
19 Aprel 14:12

Sosial
19 Aprel 13:56

YAP xəbərləri
19 Aprel 13:12

Siyasət
19 Aprel 12:27

Siyasət
19 Aprel 12:13

Analitik
19 Aprel 11:58

İqtisadiyyat
19 Aprel 11:43

İqtisadiyyat
19 Aprel 11:29

İqtisadiyyat
19 Aprel 11:16

MEDİA
19 Aprel 10:51

Gündəm
19 Aprel 10:45

Analitik
19 Aprel 10:39

Analitik
19 Aprel 10:17

Sosial
19 Aprel 09:54

Analitik
19 Aprel 09:34

Sosial
19 Aprel 09:12

Analitik
19 Aprel 08:57

Ədəbiyyat
19 Aprel 08:20

Dünya
18 Aprel 23:41

Mədəniyyət
18 Aprel 23:35

YAP xəbərləri
18 Aprel 23:12

Siyasət
18 Aprel 22:51

YAP xəbərləri
18 Aprel 22:29

Sosial
18 Aprel 22:14

Dünya
18 Aprel 21:53

YAP xəbərləri
18 Aprel 21:37

Siyasət
18 Aprel 21:19

YAP xəbərləri
18 Aprel 20:55

Xəbər lenti
18 Aprel 20:11

Dünya
18 Aprel 19:47

Analitik
18 Aprel 19:42

Gündəm
18 Aprel 19:28

YAP xəbərləri
18 Aprel 19:24

İdman
18 Aprel 19:15

YAP xəbərləri
18 Aprel 18:37

Siyasət
18 Aprel 18:10

Xəbər lenti
18 Aprel 17:24

YAP xəbərləri
18 Aprel 17:23

İqtisadiyyat
18 Aprel 17:22

YAP xəbərləri
18 Aprel 17:16
