Cənab İlham Əliyev şanlı dövlətçilik tariximizin ən qürurverici səhifələrini yaradıb
18.01.2024 [12:27]
“Azərbaycan 2024-cü il fevralın 7-də ilk dəfə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müstəqil dövlət kimi prezident seçkilərini keçirəcək. Bu, ölkəmizin siyasi həyatında yeni bir mərhələnin başlanması deməkdir və Zəfər seçkisi kimi də dəyərləndirilə bilər. Bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyası öz namizədi cənab İlham Əliyevin təşviqat kampaniyasını uğurla davam etdirir. Heç şübhəsiz, fevralın 7-də xalqımız Heydər Əliyev siyasətinə, 20 ildir ki, Azərbaycanı qüdrətli ölkəyə çevirən, son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən, adını şanlı tariximizə Qalib Lider kimi əbədi yazdıran İlham Əliyevə səs verəcək”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb: “44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra cənab İlham Əliyev Azərbaycana yeni və daha möhtəşəm uğurlar qazandırmaq əzmindədir. O, hər bir azərbaycanlının 200 illik arzusunu reallaşdırdı, milli ləyaqətimizi özümüzə qaytardı, qürurumuzu ucaltdı. Azərbaycan xalqı üçün bundan şərəfli hadisə ola bilməz”.
A.Hüseynov vurğulayıb ki, cənab İlham Əliyevin məqsədyönlü siyasəti son 20 ildə bütün sahələrdə əsaslı inkişafı təmin edib. “Onun üçün ən müqəddəs vəzifə, milli amal Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi idi. Cənab Prezident uzaqgörən, müdrik siyasət yürüdərək ölkəmizin daim artan iqtisadi potensialını ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Onun unikal iqtisadi idaretmə istedadı sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi. Məhz bu güclü iqtisadi arxitektura və hərbi büdcə sayəsində rəşadətli ordu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı, 2023-cü ilin sentyabr ayında birgünlük lokal antiterror əməliyyatları nəticəsində Zəfərin ən qürurverici səhifəsi tamamlandı, Azərbaycanın dövlət suverenliyi təmin olundu”.
“Cənab Prezident uğurlu enerji diplomatiyasının müəllifidir. Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə neft müqavilələri ilə bağlı aparılan gərgin müzakirələrdə birbaşa iştirak edən İlham Əliyevin “Əsrin müqaviləsi”nin birbaşa Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında praqmatik, əzmkar fəaliyyətinin mühüm nəticələri olmuşdur. O, ölkəmizə rəhbərliyi dövründə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin reallığa çevrilməsinə nail olmuş, bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etmiş, bu, ümumqlobal tranzitin uğurla tamamlanmasını gerçəkləşdirmişdir. TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi ilə bərabər, tranzit potensialının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər regionda dayanıqlı əməkdaşlıq üçün yeni təməllər yaratmış, eyni zamanda ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. 20 ildən artıqdır ki, icra olunan neft-qaz layihələrindən əldə edilən dividendlər davamlı artmış, eyni zamanda xarici investorların neftlə yanaşı, qeyri-neft layihələrinə marağı yüksəlmişdir” ,- deyə A.Hüseynov əlavə edib.
Millət vəkili söyləyib ki, cənab İlham Əliyevin qarşıdakı illərdə yeni inkişaf hədəfləri, davam etdiriləcək islahatların yeni trendləri, iqtisadi-siyasi proqramların əsas istiqamətləri bəllidir: “Əsas prioritetlər öz ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə daxil olmuş Azərbaycanın iqtisadi-siyasi, sosial-ictimai, humanitar və digər istiqamətlər üzrə gələcəyə baxışını əks etdirir. Bu, Azərbaycanın güclü və yüksək gəlirli dövlət statusunun möhkəmlənməsinə hesablanmış uzaqgörən strategiyadır. Azərbaycan dövləti yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə öz qüdrətini daha da artırmaqla yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Yeni strateji mərhələdə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında Böyük Qayıdış təmin ediləcəkdir. Yeni inkişaf hədəfləri sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi layihələrin icrası, yeni sərmayələrin cəlb edilməsi üçün əlverişli sərmayə iqliminin təmin olunması da mühüm yer tutur. Bütün bu reallıqları nəzərə alaraq əminliklə qeyd edə bilərik ki, xalqımız dayanıqlı sabitlik və rifah, firavan həyat və gələcək tərəqqi naminə fevralın 7-də keçiriləcək seçkilərdə qalib Lider İlham Əliyevə səs verəcəkdir”.
Xəbər lenti
Hamısına baxGündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52

