BP AÇG-də irihəcmli seysmik tədqiqat proqramına başlayıb
23.01.2024 [13:24]
BP şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi yanvarın 20-də AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.
AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.
Bu uzunmüddətli proqramın planlanmasına ötən ildən başlanıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə beş il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai bildirib ki, AÇG BP-nin əməliyyatçısı olduğu ən böyük neft yatağıdır: “O həm bizim üçün, həm də Azərbaycan və tərəfdaşlarımız üçün çox əhəmiyyətlidir. Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək. Bu isə bizə gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək”.
Proqram “Caspian Geo LLC”şirkəti tərəfindən yerinə yetiriləcək.
Xəbər lenti
Hamısına baxGündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52

