Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DSK sədri: “Xankəndidə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb”

DSK sədri: “Xankəndidə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb”

28.01.2024 [12:54]

“Xankəndi şəhərində yerləşən 14 və 15 saylı seçki məntəqələrində cari il fevral ayının 7-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi yekunlaşıb. Hazırda seçicilərə bildirişlərin paylanması davam etdirilir”. Bu barədə secki-2024.az saytına açıqlamasında 122 saylı Xankəndi dairə seçki komissiyasının (DSK) sədri Pərvanə Abbasova məlumat verib.

O bildirib ki, erməni işğalından azad edilmiş Xankəndi şəhərində ilk dəfə keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirlər görülüb: “122 saylı dairədə 15 məntəqə fəaliyyət göstərir. Onlardan 2-si Xankəndinin özündə, digər 13-ü isə respublikamızın digər bölgələrində yerləşir. Bütün məntəqələrimizdə, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, təminat və təhcizatla bağlı məsələlərin hamısı öz həllini tapıb”. 

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31