İlham Əliyevin növbəti qələbəsi şübhəsizdir!
30.01.2024 [13:00]
Milli Məclisin deputatı Müşfiq Məmmədlinin yap.org.az-a müsahibəsi
- Müşfiq müəllim, 7 fevralda keçiriləcək prezident seçkiləri müasir Azərbaycanın tarixində yeni dövrün başlanğıcı kimi səciyyələndirilir. Sizcə, bu reallığı hansı amillər şərtləndirir?
- Azərbaycan xalqı bu prezident seçkilərinə çox böyük ruh yüksəkliyi, çətin mübarizədə qalib gəlmiş, 200 illik məğlubiyyətlər seriyasına son qoymuş xalq olaraq gedir. Ərazi bütövlüyümüz bərpa olunub, bayrağımız bütün ölkə ərazisində dalğalanır. Ona görə də bu seçkilər müstəqillik tariximizin ən möhtəşəm və ən önəmli seçkiləridir. Ən önəmli cəhət isə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qalib xalqın qalib Lideri olmasıdır.
Bu, həqiqətən də, yeni bir dövrün başlanğıcıdır. Azərbaycan dövlətinin yeni şanlı səhifələrinin yazılacağı bir dövrdür. Prezident İlham Əliyev 20 illik hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirərək uğurlu dövlət modelini yaratmışdır. Ölkəmizdə bütün sahələr uğurlar inkişaf edib, o cümlədən səhiyyə sahəsində yüksək inkişaf göstəriciləri qeydə alınıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə səhiyyəsi dinamik inkişaf yoluna qədəm qoyub. Bütün ölkə boyunca modern dünya standartlarına uyğun xəstəxanalar inşa edilib, xeyli sayda tibb müəssisələri təmir olunub və yenidən qurulub. Səhiyyə islahatları yüksələn xətlə davam edib və müasir dünyanın qəbul etdiyi icbari tibbi sığorta tətbiq olunmağa başlayıb. Bu, əslində, Azərbaycan dövlətinin sosial rifah dövləti modelində inkişaf edəcəyinin bir qarantıdır. Tibb işcilərinin daim təkminləşdirilməsi, tibb kadrlarının hazırlığının yüksək səviyyəyə çatdırılması və onların rifahının yüksəldilməsi təqdirəlayiq haldır. Nəzərinizə çatdırım ki, bu ilki səhiyyə büdcəsi 4 milyard manata yaxın olmaqla müstəqillik dövrünün rekord büdcəsidir.
- Artıq qarşıda yeni hədəflər, yeni strateji vəzifələr durur. Növbəti mərhələ Azərbaycan üçün nə vəd edir?
Bundan sonrakı mərhələdə qarşıda duran vəzifə yeni milli ideya ilə silahlanmış sosial rifah dövlətinin inkişaf etdirilməsi və Azərbaycanımızı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltməkdir. Eyni zamanda, bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, yenidənqurma işləri davam etdirilir. Önümüzdəki illərdə soydaşlarımızın dədə-baba torpaqlarına qayıtması, həmçinin onların həmin ərazilərdə işlə təmin olunması vacib işlərdən biridir. Bununla yanaşı, bu münbit torpaqlarda qeyri-neft sektorunun inkşaf etdirilməsi, lazımı infrastrukturun qurulması da ən önəmli işlərdən biridir. Məhz bu dövrdə ölkə iqtisadiyyatının, xüsusi ilə qeyri-neft sektorunun inkşafı və gəlirliliyin artması üçün bütün addımlar atılacaq.
- Zəfər seçkiləri yeni qələbələrin əsası kimi dəyərləndirilir...
- Vətəndaşlarda çox böyük ruh yüksəkliyi var. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev təkcə prezidentliyə layiq namizəd kimi yox, həm də xalqının qəlbində daşıdığı, gerçəkləşməsini ən çox istədiyi arzuları həyata keçirən layiqli bir Lider kimi şüurlara həkk olunub.
Başqa bir mühüm məqam isə cənab İlham Əliyevin xalqına verdiyi bütün vədləri həyata keçirən mətin siyasi Lider və Müzəffər Ali Baş Komandan kimi sevilməsidir. Bütün bu reallıqlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin parlaq qələbəsini şərtləndirir.
Xəbər lenti
Hamısına baxİdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06

