Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş prokuror: Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində əməkdaşlığı dəstəkləyirik

Baş prokuror: Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində əməkdaşlığı dəstəkləyirik

04.04.2024 [11:02]

“Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

Onun sözlərinə görə, ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycan ev sahibliyi edəcək:

“Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir”.

Paylaş:
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Təbiəti qoruyaq!

19 Aprel 10:51

Gündəm

Dünyaya nümunə

19 Aprel 10:45

Analitik

II raund...

19 Aprel 10:39

Analitik

Sosial

Analitik

Ədəbiyyat

Zəngəzurda doğuldum...

19 Aprel 08:20  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30